Bakıda qaraçılar mağazadan oğurluq edib, satıcını döydülər - ÖZƏL XƏBƏR
Bakıda qaraçılar mağazadan oğurluq edib, satıcını döyüblər.
Sonxeber.az xəbər verir ki, hadisə 25 fevral günorta saatlarında Hüseyin Seyidzadə 206A ünvanında yerləşən geyim mağazasında baş verib.
Hadisə anı təhlükəsizlik kameralarına düşüb. Belə ki, 3 nəfər qaraçı mağazaya girib oğurluq edirlər. Onların əməlini anlayan satıcı götürdüklərini geri qaytarmalarını tələb edir. Bu zaman onlar satıcıya hücum edirlər. Onu döyməyə başlayırlar.
Sözügedən satıcı Rahilə Atakişiyeva hadisə barədə Sonxeber.az -a danışıb:
"Mağazada oturmuşdum. Əvvəlcə bir, ardınca da iki nəfər daxil oldu. Qaraçı olduqlarını anladım və dedim ki, bağlıyıq. Dedilər ki, baxıb çıxırıq. Mağazamız 2 mərtəbəlidir. Ikisi aşağı mərtəbəyə düşdü, biri isə yuxarıda qaldı. Dərhal müdüriyyətə xəbər elədim. Onlar mağazada danışa-danışa mənim başımı qatmağa çalışırdılar amma oğurluq etdiklərini gördüm. Getmək istəyirdilər ki, qapını bağladım, çıxa bilməsinlər deyə. Məndən qapını niyə bağladığımı soruşdular. Dedim ki, oğurluq elədiyinizi görürəm, götürdüklərinizi qaytarın və gedin. Əvvəlcə, inkar etdilər. Amma dedim ki, üstünüzü yoxlamasam, buraxmayacam. Bu zaman, onlardan biri cibindən oğurladıqlarını çıxardı. Həmin məhsulları aldım. Sonra bir-bir ciblərini yoxlamağa başladım. Yaşı az olanları yoxladım, amma orta yaşlı qadın imkan vermədi. Mən israr eləyəndə isə üstümə hücum elədilər. Əvvəlcə hədə-qorxu gəldi ki, bıcağımı çıxaracam və sənə vuracam. Sonra qapının açarını əlimdən aldı və verdi balaca qızlara ki, qapını açsınlar. Mane olmağa çalışdım amma məni itələdi, sonra boğazımdan yapışıb boğdu. Balacalar qapını açıb qaçdılar. Mənsə böyük olanın yupkasında tutub dartdım ki, qaça bilməsin. O da mənim saçımdan tutub dartmağa başladı. Bu vaxt yoldan keçən bir nəfər kişi gəldi və mənim saçımı qadının əlindən almağa çalışdı. Həmin qaraçı da o an qaçıb getdi. Mən həmin anın sitresindən nəsə olduğunu hiss etməmişdim. Mağazaya qayıdanda isə gördüm ki, yer qandı. Baxdım dırnaqlarım qırılıb, hətta bir dırnağım mayasından qopub. Əlim, boynum cırmaq izləri idi. Bədənimdə əllərinin izləri hələdə qalıb. Bir neçə dəqiqə sonra müdüriyyət gəldi. Polis çağırdıq. Gəldilər, izahat yazdım"

Daha sonra mağazanın sahibi ilə əlaqə saxladıq. O, bildirdi ki, hadisə ilə bağlı 19-cu polis bölməsinə şikayət ediblər, lakin hələki məsələ ilə bağlı heç bir xəbər yoxdur:
"Hadisə ilə bağlı 19-cu polis bölməsinə şikayət etdik. Lakin hələki bizə heç bir məlumat verilməyib. Bu, dəhşətli hadisədir. Niyə qaraçılarla bağlı heç bir tədbir görülmür anlamıram. Bu, qaraçıların törətdiyi ilk hadisə deyil. Heç nədən və heç kimdən qorxmurlar. Təcili olaraq bu məsələ ilə bağlı tədbir görülməlidir"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2576 Tarix: 27 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrSabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrSabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrHava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Sentyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23 isti, gündü
20 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrQanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrCəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır
17 sentyabrYük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabr