Prokuror Ağadadaş Ağayevə cəza istədi
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən Ağadadaş Ağayevin 2 il sınaq müddəti olmaqla 2 il müddətində şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili son söz üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası martın 6-na təyin olunub.
Qeyd edək ki, ötən ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.
Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.
Ağadadaş Ağayev "Medera Hospital"ı mülki hüquq pozuntularından yaranan öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.
Öz növbəsində, "Medera Hospital"ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.
Müğənni mənəvi ziyana görə klinikadan 450 min manata yaxın, hospital isə Ağadadaş Ağayevdən 500 min manat pul tələb edib.
Yanvarın 8-də Xalq artisti Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimə arasında barışıq əldə olunub.
Daha sonra Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə məhkəmə Xalq artisti Ağadadaş Ağayevin "Medera Hospital"a qarşı mülki iddiasına xitam verilməsi barədə qərar çıxarıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Afaq Gəncəli ATV-dən getdi
Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini
6 sentyabr 2021"Zita və Gita"nın aktrisası 72 yaşında - FOTO
Sosial şəbəkələrdə məşhur "Zita və Gita" filminin aktrisası Hema Malinin fotoları yayılıb. xəbər verir ki, hazırda 72 yaşı olan Hemanın son halı müzakirələrə səbəb olub. İstifadəçilər, illər keçsə də Zitanın çox yaşlı görünmdəyini bildiriblər. Aktrisa 1972-ci ildə Rameş Sippinin ekranlaşdırdığ
17 sentyabr 2021Britni Spirs bu şəxslə nişanlandı - FOTO
Amerikalı məşhur ifaçı Britni Spirs 27 yaşlı fitnes məşqçisi Sem Asqari ilə nişanlandığını açıqlayıb. Pop janrın ən məşhur simalarından biri olan 39 yaşlı müğənni öz "Instagram" səhifəsində barmağında üzüklə video paylaşıb. Britni Spirs paylaşımında qeyd edib ki, baş verənlərə hələ də inan
13 sentyabr 2021Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...
Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb
2 sentyabr 2021Qızı Rəşad İlyasovu sevindirdi
Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var
4 sentyabr 2021Məşhur müğənni koronavirusdan vəfat etdi
Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib
6 sentyabr 2021Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO
Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist
13 sentyabr 2021Flora Kərimova küçədə mahnı oxudu – VİDEO
Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:
8 sentyabr 2021