Keçmiş hakim azadlığa buraxıldı, 214 min manatlıq ziyanı ÖDƏMƏDİ - YENİDƏN məhkəmə qarşısına çıxacaq
Dələduzluqda təqsirli bilinərək dörd il altı aylıq həbsə məhkum edilmiş keçmiş məhkəmə hakimi Lətif Nəbiyev vaxtından əvvəl azadlığa buraxılandan sonra yenidən məhkəməyə verilib.
Keçmiş hakimi məhkəməyə iş üzrə əsas zərərçəkmiş Azad İbrahimov verib.
A.İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər Rayon Məhkəməsinin qərarından narazıdır:
"Buna görə də Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişəm. Zərərçəkmiş kimi məhkəməyə dəvət olunmadım və mənə dəymiş zərər ödənmədi. Bakı Apellyasiya Məhkəməsi Lətif Nəbiyevin mənə 214 258 manat ödəməli olduğu barədə qərar çıxarıb. Niyə üç il öncə qəbul edilmiş qərar olan mülki iddiam icra olunmur? Həmçinin Lətif Nəbiyev niyə vaxtından əvvəl azadlığa buraxılıb?
4 mart tarixində, saat 11:30-da Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə yeni məhkəmə olacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1075 Tarix: 28 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib. "Qafqazinfo" xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb. "Instagram" sosial şəbəkəsində Niyazbekovun Bişkekdəki Toktobolot Abdumomunov adına Dram Teatrının yaxınlığınd
23 martAzərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib. Azərbaycanın Müdafiə Nazirliyində
22 martBeynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır - FOTO
Bu gündən "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır. "Report"a istinadən xəbər verir ki, budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir
26 martElektromobillərin batareyaları ilə bağlı XƏBƏRDARLIQ
Vaxtında enerji ilə doldurulmadıqda tez sıradan çıxır. Hətta qısaqapanma yarana bilər ki, bu da bəzi hallarda avtomobillərin yanmasına səbəb olur. Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət elektrikli avtomobillərdən gedir. Elektrik avtomobillərinin əsas hissəsi sayılan batareyaların istehsal olunduğ
27 martBorca görə ana və oğlunu döyüb - Bunu da etdi - Foto
Şəmkir rayonunda dava nəticəsində iki nəfər xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev və onun anası 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə
23 martSəhər və axşam fərq etmədən zəhər istehlak edirik
Fransa Milli Qida Təhlükəsizliyi Agentliyinin (Anses) apardığı son araşdırmalar qidalarımızdakı qorxulu mənzərəni ortaya qoyub. Təhlil edilən 700 birləşmədən 250-dən çoxunun sağlamlıq üçün ciddi risk daşıdığı məlum olub. Xüsusilə ağır metal olan kadmiumun qida zəncirinə necə daxil olduğu və bədəndə
25 mart