"Nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlıq Azərbaycan və Pakistan üçün strateji əhəmiyyət daşıyır" - DEPUTAT

"Nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlıq Azərbaycan və Pakistan üçün strateji əhəmiyyət daşıyır" - DEPUTAT"Azərbaycan və Pakistan tarixən sıx dostluq və qardaşlıq münasibətlərinə malikdir və bu münasibətlər həm siyasi, həm iqtisadi, həm də hərbi sahələrdə inkişaf edir. Pakistan və Azərbaycan arasındakı münasibətlər yalnız diplomatik tərəfdaşlıqdan ibarət deyil, eyni zamanda dərin tarixi, mədəni və dini bağlara əsaslanan qardaşlıq münasibətləridir. Pakistan 1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, iki qardaş ölkə dövlətlərimizin ərazi bütövlüyü və suverenliyi məsələsində həmişə bir-birini qarşılıqlı surətdə dəstəkləyib, bu gün də dəstəkləyir:

"Ermənistan Azərbaycan ərazilərini işğal etdiyinə görə Pakistan onunla diplomatik əlaqələr qurmayıb. Pakistan Qarabağ məsələsində həmişə Azərbaycanın haqq işini dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyib. Azərbaycan və Pakistan iki qardaş ölkə olaraq beynəlxalq münasibətlərin bütün məsələlərində həmişə bir-birinə dəstək verib və bu dəstəyi davam etdirirlər. Azərbaycan və Pakistan arasında əlaqələrin inkişafı və genişlənməsi hər iki ölkənin maraqlarına cavab verir. Azərbaycan və Pakistanın strateji tərəfdaşlıq səviyyəsində münasibətləri regional və qlobal sabitlik üçün də əhəmiyyətli rol oynayır. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana dövlət səfəri ölkələrimiz arasında qardaşlıq əlaqələrini daha da gücləndirəcək.

Bu səfər çərçivəsində ticarət, enerji, müdafiə sənayesi və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi ikitərəfli gündəliyin əsas mövzularıdır. Xüsusilə nəqliyyat və logistika sahəsində əlaqələrin inkişafı iki ölkə üçün yeni iqtisadi imkanlar yarada bilər. Azərbaycan və Pakistan arasında iqtisadi, ticari, enerji, müdafiə, nəqliyyat və digər strateji sahələri əhatə edən 10-dan çox sazişin imzalanması iki ölkənin müxtəlif sahələrdə daha sıx əməkdaşlıq etməyə hazır olduğunu göstərir".

Deputat vurğulayıb ki, xüsusilə sərmayə planları və ticari dövriyyənin artırılması məsələsi diqqətçəkicidir. Pakistan və Azərbaycanın ticarət əlaqələrində müsbət dinamika hiss edilsə də, bu sahədə potensial böyükdür və bu istiqamətdə görüləcək işlər də çoxdur:

"Bu baxımdan, qarşılıqlı sərmayələrin yatırılması və yeni biznes imkanlarının yaradılması, hər iki ölkə üçün faydalı olacaq. Eyni zamanda, nəqliyyat və logistika sahəsində əməkdaşlıq genişləndikcə, iki ölkə arasında ticarət dövriyyəsinin artması daha da sürətlənəcək. Nəqliyyat və kommunikasiyalar sahəsində əməkdaşlıq Azərbaycan və Pakistan üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində iştirak etməsi, ölkənin qlobal ticarət marşrutlarında mühüm bir logistika mərkəzi kimi mövqeyini gücləndirir. Bu baxımdan, Pakistanın da bu dəhlizlər vasitəsilə Orta Asiya və Avropa bazarlarına çıxışı daha da asanlaşacaq. Xüsusilə beynəlxalq daşımalar və tranzit imkanlarının genişləndirilməsi iki ölkə arasındakı ticari əlaqələrin gücləndirilməsinə kömək edəcək. Bundan əlavə, çoxtərəfli əməkdaşlıq formatları həm iqtisadi inkişafı, həm də regional sabitliyi təmin edir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe və nəqliyyat dəhlizlərindəki rolu Pakistanla daha sıx əlaqələrin qurulması üçün mühüm platforma yaradır.

Azərbaycan və Pakistan arasında mövcud siyasi münasibətlərin yüksək səviyyədə olması, iqtisadi və ticarət əlaqələrinin də eyni dinamika ilə inkişaf etməsi üçün böyük bir potensial yaradır. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Bakıda təşkil edilən biznes-forum çox vacib bir addımdır. Forum, hər iki ölkənin iş adamları və şirkətləri üçün yeni əməkdaşlıq imkanlarını araşdırmaq, bir-birinin bazarlarını daha yaxından tanımaq və müxtəlif sahələrdə tərəfdaşlıq qurmaq üçün ideal platformadır. Xüsusilə, Azərbaycan və Pakistan arasında ticarət dövriyyəsinin artırılması, birgə sərmayə qoyuluşlarının təşviqi və biznes əlaqələrinin genişləndirilməsi bu forumun əsas məqsədləri arasındadır. Siyasi səviyyədə güclü əlaqələr mövcud olsa da, ikitərəfli ticarət hələ də arzu olunan səviyyəyə çatmayıb. Bunun səbəblərindən biri kimi biznes dairələrinin bir-birinin bazarları və imkanları haqqında kifayət qədər məlumata malik olmamasını göstərmək olar. Bu cür biznes forumlar isə məhz həmin boşluqları doldurmaq və sahibkarlara yeni fürsətlər təqdim etmək baxımından böyük əhəmiyyət daşıyır. Həmçinin, sərmayə cəlbi və biznes mühitinin təşviqi istiqamətində aparılan müzakirələr, hüquqi və gömrük məsələlərinin aydınlaşdırılması iş adamları üçün əlverişli şərait yaradır.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri Azərbaycan-Pakistan münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və gələcəkdə daha sıx əməkdaşlıq imkanlarının yarandığını göstərir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1513   Tarix: 01 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən P.C (ad-soyad şərti verilib - red.) vətəndaş bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşı

25 sentyabr