Nicat İmanov: "Azərbaycanda reinvestisiyaları təşviq edən vergi siyasəti alətləri tətbiq ediləcək"

Nicat İmanov: "Azərbaycanda reinvestisiyaları təşviq edən vergi siyasəti alətləri tətbiq ediləcək"İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2025-2028-ci illər üçün inkişaf strategiyası çərçivəsində kapitalın biznesə geri qayıtmasını və reinvestisiyaları təşviq edən vergi siyasəti alətlərinin tətbiqini prioritet hesab edir.

"Report" xəbər verir ki, bunu DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov bu gün Bakıda III dəfə keçirilən "Vergi və Mühasibatlıq Zirvəsi"ndə deyib.

Onun sözlərinə görə, sahibkarlığın inkişafını və biznesin genişlənməsini dəstəkləyən vergi siyasəti alətləri tətbiq olunmalıdır: "Təşviq siyasəti ölkə iqtisadiyyatına investisiya qoyuluşunu stimullaşdırmalıdır".

N. İmanov qeyd edib ki, iqtisadi inkişafa töhfə verən güclü vergi sisteminin formalaşması üçün insan kapitalının inkişafı da vacibdir: "Biz dürüstlük, peşəkarlıq, təşəbbüskarlıq və innovativlik prinsiplərini əsas götürürük. Komandamızın peşəkar bacarıqlarını və səriştələrini artırmaq üçün davamlı işlər aparırıq".

O bildirib ki, vergi ödəyiciləri üçün şəffaf fəaliyyət iqtisadi baxımdan səmərəli olmalı, eyni zamanda, vergidən yayınmanın qarşısını alan effektiv inzibatçılıq alətləri mövcud olmalıdır:

"Elə bir mühit yaratmaq istəyirik ki, vergi yükü və ödəniş prosesləri şəffaf və asan olsun. Digər tərəfdən, vergidən yayınma ciddi hüquqi məsuliyyət doğurmalıdır – istər inzibati, istərsə də cinayət məsuliyyəti baxımından".

N. İmanov vurğulayıb ki, sahibkarlığı təşviq edən vergi siyasəti, effektiv vergi nəzarəti və asan ödəniş mexanizmləri könüllü əməletmə səviyyəsini artırır: "Bunu əldə olunan nəticələr də təsdiqləyir. Ötən ilin yekunlarına əsasən, bütün vergi daxilolmalarının 93 %-i məhz vergi ödəyiciləri tərəfindən könüllü şəkildə dövlət büdcəsinə ödənilib".

DVX-nin əsas hədəfinin insan mərkəzli və innovativ xidmətlər vasitəsilə könüllü əməletməni sadə və əlçatan etmək olduğunu vurğulayan N. İmanov, qurumun bu istiqamətdə etibarlı tərəfdaş kimi fəaliyyətini davam etdirəcəyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 746   Tarix: 01 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən P.C (ad-soyad şərti verilib - red.) vətəndaş bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşı

25 sentyabr