Filippində dəhşətli hadisə: Rusiyalı turisti köpəkbalıqları parçaladı
Filippində rusiyalı turisti dayvinq zamanı köpəkbalıqları parçalayıblar. Daha bir turist də güclü sualtı axın səbəbindən boğularaq ölüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, hadisə Sakit okeanda, Verde adası yaxınlığında baş verib. Dörd turist və bir təlimatçı dayvinq həvəskarları arasında populyar olan ərazidə suya dalmaq istəyiblər. Lakin onlar suya enən kimi güclü sualtı axına düşüblər.
Yerli sahil mühafizə xidmətinin məlumatına görə, iki rusiyalı turist təlimatçı ilə birlikdə xilas olmağa və qayığa qayıtmağa müvəffəq olublar, digər ikisi isə itkin düşüb. Dayvinq təlimatçıları və dalğıclar dərhal axtarışa başlayıblar və bir saatdan sonra digər iki şəxsi tapıblar.
39 yaşlı Maksim Melexov huşsuz vəziyyətdə olub və xəstəxanaya çatdırılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. İtkin düşən ikinci şəxs - 29 yaşlı İlya Perequdini isə köpəkbalıqları parçalayıblar, dalğıclar onun qolsuz bədənini tapıblar və çətinliklə sahilə çıxara biliblər.
Dayvinq üçün olan bu ərazi ilə tanış olan dalğıcların sözlərinə görə, Verde adasının ətrafındakı sular çox təhlükəlidir. Axın güclü olduqda böyük qüvvə ilə insanı dərinliyə çəkir, xilasedici vasitələrin kəndirləri isə təzyiq səbəbindən əldə qırılır. İnsan 15-20 metr endikdən sonra, dalğıcın üzərində 20 kiloqrama yaxın avadanlıq olduğu üçün belə güclü bir axını dəf etməsi artıq mümkün olmur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1027 Tarix: 02 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabrHələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabrİran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl
24 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabrApennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22 sentyabr