Gecəyarısı planlaşdırılmış CİNAYƏT: Azərbaycanda tibb bacısına dəhşətli İŞGƏNCƏ VERİLDİ - GÖRÜNTÜLƏR
Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər yetirib.
Sonxeber.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə fevralın 28-də baş verib.
Məlumata görə, Elxan Vaqif oğlu Abdiyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Humay Gəray qızı Abdiyevaya gecə saat 00 radələrindən başlayaraq, səhər saat 05.00-a qədər ağır işgəncələr verib. Belə ki, o, uşaqlarının gözü qarşısında balta və dəmir parçası (armatur) ilə qadını döyüb, başına, eləcə də bədəninin müxtəlif nayihələrinə çoxsaylı ağır xəsarətlər yetirib. Bununla kifayətlənməyən Elxan Abdiyev qadını sürüyərək sanitar qovşağına aparıb və orada saçından tutaraq dəfələrlə divara çırpıb.
O, həyat yoldaşını və uşaqlarını öldürəcəyini bildirib.
Qeyd olunur ki, Elxan Abdiyev hadisəni törətməmişdən əvvəl iş yoldaşına zəng edərək sabah işə gəlməyəcəyini söyləyib. Bu isə cinayəti əvvəlcədən planlaşdırdığına şübhələr yaradır.
Humay Abdıyeva tibb bacısı kimi çalışdığı Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.
Cütlüyün Məzahir (12 yaş) və Nilay (7 yaş) adlı iki övladı var.
Hazırda Elxan Abdiyev polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3603 Tarix: 01 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Təyyarədə insident: Sərnişini boğdu, stüardessanı dişlədi
Avstraliyanın "Qantas" aviaşirkətinə məxsus təyyarənin sərnişini uçuş zamanı yol yoldaşını boğmağa cəhd edib və stüardessanı dişləyib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Melburndan Dallasa həyata keçirilən reys zamanı baş verib. Münaqişə sərnişinlərdən birinin oturacağını arxay
18 mayRəqibinin göz yaşlarına güldü, özü nokauta düşdü
"Power Slap" yarışmasında maraqlı və gərgin anlar yaşanıb. xarici mediaya istinadən xəbər verir ki, yarış zamanı rəqibinin ağlamasına lağ edən qadın iştirakçı qısa müddət sonra aldığı sərt şillədən sonra yerə yıxılıb. Görüntülərdə zərbənin təsirindən özünə gəlməkdə çətinlik çəkən yarışmacını
18 mayBayram təmizliyi faciə ilə nəticələndi: 5-ci mərtəbədən yıxılan qadın öldü
43 yaşlı Nesrin Uğurel bayram təmizliyi zamanı yaşadığı binanın 5-ci mərtəbəsində pəncərə silərkən yıxılıb. xəbər verir ki, ağır xəsarət alan qadın hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının müdaxiləsinə baxmayaraq həyatını itirib. Məlumata görə, hadisə zamanı evdə tək olan qadının pəncərədə
22 mayPolis əməkdaşı onun xəyanətini tutan arvadını döyərək öldürüb - VİDEO
Filippinin Malolos şəhərində baş verən dəhşətli hadisə ölkədə böyük rezonans doğurub. xarici mediaya istinadən xəbər verir ki, polis əməkdaşı həyat yoldaşı ilə yaşadığı mübahisə zamanı ona ağır xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. İddialara görə, qadı
21 may