"Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə..."

"Açıq geyinənlərə pul ödəyirlər, sənətkarlara isə...""Hər hansı Əməkdar və ya Xalq artisti bir az qolu, sinəsi açıq geyinsin, o saat altdan şərh yazırlar ki, "A, bu da soyundu". Biz də el şənliklərinə, tədbirlərə, ad günlərinə, yubileylərə, toylara gedirik. Hamınız elə oxuyanları çağırırsınız. Düşüb onlarla qarşılıqlı rəqs edirsiniz. Vay o gündən bir az qısa geyinək, o saat başlayırlar ki, bu da açılıb-töküldü. Siz axı onlara dəyər verir, pul ödəyirsiniz. Nə olar, bunu etməyin. Bizi aldatmaq istəyirsiniz, amma fakt göz qabağındadır. Siz elələrini toylarınızda görmək istəyirsiniz".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində deyib. O, sosial şəbəkələrdə tənqid olunan, bayağı mahnılar ifa edən müğənnilərə realda daha çox tələbat olmasından şikayətlənib:

"Elə ki, istəyirsən məclisdə bir balaca muğam oxuyasan deyirlər ki, keçin də mahnıya. Bəs sənin milli dəyərlərin? Axı sən azərbaycanlısan. Bir şəxsiyyət kimi daxilində buna necə yol verirsən? Şəhərdə gəzirsən, bayağı mahnıya maşında elə xod verirlər ki, buferlər belə səsdən tərpənir. Adam elə mahnıdan utanır. Pəncərəni bağlayırsan ki, heç olmasa, bunu eşitməyəsən. Siz buna qulaq asırsınız. Gözəl musiqilər dinləyin ki, zövqünüz gözəlləşsin, ruhunuz təzələnsin".

G.Əliyeva bəzi müğənniləri də tənqid edib:

"Hər janrın öz geyimi var. Estrada müğənnisi açıq da geyinə bilər. Ay müğənnilər, sənətinizlə var olun. Aparıcıdan tələb edirlər ki, mənə sənətkar de. Sən sənətçi deyilsən. Onlar təsadüfi kəmiyyətdirlər. Bir özünüzə baxın və deyin ki, mən kiməm? Oturuşunuzu-duruşunuzu, kiminlə danışdığınızı bilin. Olmaz belə. Geyim də bunlardan biri".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1398   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)

Xəbər verdiyimiz kimi, britaniyalı supermodel Naomi Kempbell Bakıya gəlib. Qaynarinfo xəbər verir ki, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün paytaxtımıza təşrif buyuran model keçmiş italiyalı milyonçu nişanlısı, 76 yaşlı iş adamı Flavio Briatore ilə Bakıda görüşüb. Keçmiş cütlük pit-ley

25 sentyabr
.

Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı

Xalq artisti Fatma Mahmudovanın qızı Nigar Tofiqqızının nişanını qaytardığını açıqlayıb. xəbər verir ki, bu barədə aktrisa aparıcı Elgiz Əkbərin "Şadlıq olsun" verilişində danışıb. O veriliş zamanı toyla bağlı verilən suala aktrisa etiraz edib. Fatma Mahmudova bildirib ki, nişan qayıdıb v

10 sentyabr
.

Ledi Qaqa ana oldu - Foto

Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar

12 sentyabr
.

Rüfət bu yolla arıqlayır

Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir

19 sentyabr
.

Zeynəb Xanlarova əməliyyat olundu

Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib

23 sentyabr
.

Rəqsanə İsmayılovaya ağır itki

Müğənni Rəqsanə İsmayılovaya ağır itki üz verib. Axşam.az xəbər verir ki, onun atası İsmayıl İsmayılov dünyasını dəyişib. Bu barədə şair Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib:. "Əziz dostum Rəqsanə İsmayılovaya atasının vəfatı ilə bağlı baş sağlığı verirəm. Allah rəhmət eləsin. Allah günahların

24 sentyabr
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19 sentyabr
.

Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular

Xəbər verdiyimiz kimi, Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin dueti birmənalı qarşılanmayıb. Axşam.az-ın məlumatına görə, bir çoxları dueti tənqid ediblər. Sosial şəbəkədə xanəndə ilə ifaçının duetini müzakirə edənlərə şərh yazanlar arasında Xalq artisti Röya Ayxan və Əməkdar artis

21 sentyabr
.

Alim Qasımov və Üzeyir Mehdizadənin "Nəyindən narahatsan" klipi yayımlandı

Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadənin birgə ifa etdiyi "Nəyindən narahatsan" adlı duet artıq dinləyicilərə təqdim olunub. BİG.AZ xəbər verir ki, sənətçilərin yeni layihəsi ötən gün açıqlanmışdı. Üzeyir Mehdizadə sosial şəbəkə hesabında Alim Qasımovla birgə görüntülərini paylaşara

19 sentyabr