Türkiyədən Naxçıvana qaz ixrac ediləcək, Ərdoğan mərasimdə iştirak edəcək
İğdır-Naxçıvan təbii qaz kəmərinin istifadəyə veriləcəyi tarix məlum olub.
"Report" "A Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar danışıb.
Onun sözlərinə görə, İğdır-Naxçıvan boru kəmərində son tamamlanma işləri aparılır. Nazir əlavə edib ki, gələn həftə istifadəyə veriləcək qaz boru kəmərinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Eyni zamanda tədbirə Azərbaycan və Türkiyənin dövlət rəsmiləri də qatılacaq.
Qeyd edək ki, İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək.
Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1045 Tarix: 02 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib
Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"
22 sentyabrAvropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1
24 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabrRusiyada təyyarə qəzaya uğrayıb, pilot xəsarət alıb
Rusiyanın Ulyanovsk vilayətində X-32 "Bekas" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, hadisə gündüz vaxtı Annenkovo-Lesnoye kəndi yaxınlığında baş verib. Hava gəmisi yaşayış binalarından uzaq əraziyə, açıq sahəyə düşüb v
22 sentyabrSi Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək
Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq
21 sentyabrİranla münaqişədə həlak olan Amerika əsgərlərinin sayı 19-a çatıb
Pentaqonun rəsmi məlumatlarına görə, İranla münaqişədə həlak olan amerikalı hərbçilərin ümumi sayı 19-a çatıb. xəbər verir ki, ABŞ ordusu statistikasını yenilədikdən sonra İrana qarşı əməliyyatda ölənlərin sayı bir nəfər artıb. Eyni zamanda, hərbçinin şəxsiyyəti rəsmi olaraq açıqlanmır. Pentaqon sözçüs
23 sentyabrMəkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi
Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi
24 sentyabr