Arıqlamaq istəyərkən edilən ən böyük səhv nədir? (AÇIQLAMA)
"Bizim əhaliyyə tövsiyyəmiz var. Arıqlamaq sadə bir proses deyil, bu, orqanizmi ekstramal duruma salan hadisədir. Bu proses peşəkarcasına aparılmalıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla bir ay müddətində zəncəfilli qatıq içərək 36 kilo çəki itirən kişinin ölüm səbəblərindən danışarkən deyib.
Professor bildirib ki, arıqlamaq üçün nəzərdə tutulan məhsullar, eləcə də zəncəfilli qatıq mütləq peşəkar dietoloq tərəfindən təyin edilməlidir:
"Bu gün Azərbaycanda baza tibb təhsilli peşəkar dietoloqlar var. Düzdür, ölkədə dietoloqlar çoxdur, onların böyük əksəriyyəti sənətinə uyğun deyil. Bir də var baza tibb təhsilli dietoloqlar. Onların xidmətindən istifadə etmək lazımdır. Özbaşına arıqlamaq düzgün deyil. Arıqlamaq üçün ilk öncə kökəlməyə səbəb olan faktorlar araşdırılmalıdır. Ekstremal arıqlamalar, yəni arıqlama pəhrizi orqanizmi ekstremal duruma salır".
Professorun sözlərinə görə, kifayət qədər çəki itirəndən sonra bəzən orqanizmdə geridönməz proseslər baş verə bilər:
"Çünkü orqanizmə doymamış yağı turşuları, əvəzolunmaz amin turşular, mikroelementlər xaricdən qəbul edilməlidir və pərhizə oturarkən, arıqlama prosesinə gedərkən mütləq bu maddələr orqanizmə qəbul edilməlidir. Amma təəssüflər olsun özbaşına arıqlamalarda bunlardan istifadə olunmur. Proses tədricən pozulur".
Professor hesab edir ki, bu vəziyyətdə ölümün birbaşa səbəbi müəyyən edilməlidir:
"Ola bilər ki, qıcıqlanmış bağırsaq sindromu zəncəfilin özündən də baş verə bilər. Amma bu bir başa ölümün səbəbi deyil. Hər halda məhkəmə tibbi ekspertizasının rəyi olmalıdır ki, bu ölümə qiymət vermək mümkün olsun".
Qeyd edək ki, Siyəzəndə arıqlamaq üçün zəncəfilli qatıq içən kişi həyatını itirib. Seymur Səmədov bu üsulla 1 ay müddətində 36 kq çəki itirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 906 Tarix: 07 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz
24 sentyabrSentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana
23 sentyabrKosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen
23 sentyabrAvropa qışa hazırlıq üçün Ukraynaya gizli avadanlıq göndərir
Avropa ölkələri qışa hazırlıq məqsədilə Ukraynaya avadanlıq göndərməyə başlayıb, lakin çatdırılmalar ictimaiyyətə açıqlanmır. xəbər verir ki, agentliyin həmsöhbəti qeyd edib ki, "Avropalı müttəfiqlər artıq malik olduqları hər şeylə kömək edirlər: xüsusən də elektrik stansiyaları və istilik avadanlıqlar
21 sentyabrABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrABŞ hərbçiləri Litvaya yola düşüb
ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu
22 sentyabrABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər
22 sentyabrTokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabr