Kubok yarışı uğurla başa çatdı
Alpaqut Turan Döyüş Sənəti üzrə Asossasiya Kuboku yarışı uğurla başa çatdı.
2025-cü il martın 8-də Şağan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi, Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə Alpaqut Turan Döyüş Sənəti üzrə Asossasiya Kuboku keçirildi.
Tədbir ölkənin müxtəlif bölgələrindən gələn 16 komandadan ibarət 200-dən çox idmançını bir araya gətirdi. Yarış iştirakçıları Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə öz bacarıqlarını nümayiş etdirdilər.
Açılış mərasimində Azərbaycan Alpaqut Federasiyasının I Vitse-prezidenti Mehman Səfərov, açılış nitqində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclər və idman siyasəti çərçivəsində həyata keçirilən layihələrin idmanın inkişafına və milli dəyərlərin qorunub saxlanılmasına mühüm töhfə verdiyini vurğuladı. Çıxış edən digər rəsmi qonaq Bkaı İstanbul Liseyinin direktoru Səmayə Turabova yarışın əhəmiyyətindən bəhs edərək, gənclərin milli idman irsinə marağını artırmaq üçün bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini qeyd etdi.
Yarışın bədii hissəsi idmançılar və tamaşaçılar üçün xüsusi anlarla yadda qaldı. Azərbaycan Alpaqut Federasiyasının Suraxanı filialının müəllimi Elşən Məmmədov və onun tələbələri Kaçut sistemi üzrə nümunəvi çıxış edərək bu sistemin fəlsəfəsini və texniki bacarıqlarını əyani şəkildə təqdim etdilər.
Yarışın ümumi komanda üzrə nəticələri:
1-ci yer: Sabuçu
2-ci yer: Ağdam
3-cü yer Beyləqan
Yarışın yüksək səviyyədə təşkil olunmasında yarışın direktoru Kutsan Vasif Namazov, baş katib Kürşad Rafiq Qasımov, baş hakim Tegin Elsevər Puri, Apelyasiya şurasının sədri Qabil Hüseynov, texniki direktor Cəfər Cəfərsoy, nizam-intizam komitəsinin üzvü Ramil Mehdili, mətbuat katibi Zarina Hüseynova, yarışın komendantları Tegin Kənan Quliyev, Tegin Şahlar Vəliyev və Azərbaycan Maliyyə-İqtisad Kollecinin kollektivinin böyük əməyi olmuşdur.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI