"Azərbaycan Avropanın başlıca enerji təminatçısına çevrilib" - Tamam Cəfərova
"Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol bütün dünyaya məlumdur. Azərbaycan Avropanın başlıca enerji təminatçısına çevrilib. Bu isə Azərbaycanın Avropa məkanında yerini və rolunu daha da möhkəmləndirəm mühüm amillərdən biridir. Bunu Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri bunun əyani sübutudur. Beləki, Azərbaycan Avropa bazarına enerji tədarükündə mühüm rol oynadığı üçün Şimali Makedoniya da bu sahədə əməkdaşlıqda maraqlıdır".
Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında bildirib ki, hər iki ölkə ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparır:
"Ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter daşıyır. Azərbaycan və Şimali Makedoniya parlamentləri arasında dostluq qruplarının mövcudluğu və onların qarşılıqlı əməkdaşlığı, qanunverici orqanların bir-birinə dəstək göstərməsi iki ölkə arasındakı siyasi dialoqun güclənməsinə şərait yaradır. Azərbaycan və Şimali Makedoniya arasında müxtəlif sahələri əhatə edən bir sıra müqavilə və sazişlər imzalanmışdır. Bunlara diplomatik münasibətlərin tənzimlənməsi, iqtisadi əməkdaşlıq, enerji və ticarət sahələrində razılaşmalar daxildir. Enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Avropa Azərbaycan qazına ehtiyac duyur və bu sahədə əməkdaşlıq getdikcə genişlənir. TAP və TANAP kimi enerji layihələri vasitəsilə Azərbaycan qazının Avropaya tədarükü həyata keçirilir və bu, Şimali Makedoniya üçün də yeni imkanlar yaradır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan qazı artıq ötən ilin sonlarından etibarən Şimali Makedoniyaya çatdırılıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi "Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir." Avropanın Azərbaycan qazına ehtiyac duyduğu danılmaz həqiqətdir. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Belə ki, 2022-ci ildə "Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Məhz Azərbaycan enerji öhdəliklərinə sadiq qalaraq Avropaya qaz ixracını artırır, eləcə də ixrac coğrafiyasını genişləndirir".
Millət vəkili ikitərəfli münasibətlərin inkişafında humanitar və mədəni əlaqələrin mühüm rol oynadığını diqqətə çatdırıb:
"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqlarımızın humanitar sahədə əməkdaşlığına böyük ehtiyac var. Təhsil, mədəniyyət və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, universitetlər arasında tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi və birgə mədəni tədbirlərin təşkili hər iki xalqın bir-birini daha yaxından tanımasına töhfə verə bilər. Əminliklə deyə bilərik ki, Şimali Makedoniya Prezidentinin ölkəmizə səfəri və səfər çərçivəsində keçirilən görüşlər əməkdaşlığın bütün istiqamətləri üzrə uğurlu nəticələrin əldə olunmasına böyük təkan verəcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?