BMT-nin İnsan Hüquqları Ali Komissarlığında Vardanyanın işi üzrə yekun rəy açıqlandı

BMT-nin İnsan Hüquqları Ali Komissarlığında Vardanyanın işi üzrə yekun rəy açıqlandıBirləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Ali Komissarlığının Əsassız Həbslər üzrə İşçi Qrupu Ruben Vardanyanla bağlı müraciətə uzunmüddətli baxılma nəticələrinə uyğun olaraq Yekun Rəyini rəsmi olaraq dərc edib.

Qaynarinfo xəbər verir ki, BMT İnsan Hüquqları Ali Komissarlığına müraciətdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən məsuliyyətə cəlb edilmiş R.Vardanyanın guya ifadə etdiyi fikirlərə görə həbs olunduğu, söz azadlığı hüququnun pozulduğu, məhkəməyədək icraat dövründə təqsirsizlik prezumpsiyası və girov müqabilində azad olunmaq, həbsə alternativ tədbirlər seçilməsi hüquqlarının pozulduğu, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt və imkan yaradılmaması və digər hüquqlarının pozulmasına dair iddialara baxılmış, nəticə olaraq iddiaların heç birinin öz təsdiqini tapmadığı barədə son qərar olan yekun rəy yayımlanıb.

İşçi Qrupu həmin rəyində göstərir ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak) və 318.1-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri üzrə təqsirləndirilən R.Vardanyana qarşı irəli sürülən ittihamlar konkret dəlillərlə əsaslandırılmış, barəsində bu əsasların tədqiq edildiyi məhkəmə qərarı ilə həbs seçilmiş, istintaq zamanı bildiyi dil üzrə tərcüməçi təyin edilmiş, öz vəkili tərəfindən müdafiə olunmaq və digər prosessual hüquqları təmin olunub.

Bununla yanaşı, məhkəmə tərəfindən R.Vardanyan barəsində həbs seçilməsi zamanı fərdi yanaşma və araşdırma tətbiq edilmiş və ittiham olunduğu cinayət əməllərinin ağırlıq dərəcəsi, xarakteri və işin faktiki halları əsaslandırılıb.

R.Vardanyanın işi əlaqədar mətbuatda və vəzifəli şəxslərin publik çıxışlarında təqsirsizlik prezumpsiyasının pozulmasına dair iddialarla bağlı Əsassız Həbslər üzrə İşçi Qrupu yekun olaraq bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin 27 sentyabr 2023-cü il tarixli rəsmi məlumatında R.Vardanyanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsinə dair "əsaslı şübhələr müəyyən olunduğu"na görə istintaqa cəlb olunması qeyd olunduğundan, məhkəmə hökmünədək təqsirliliyinə dair ifadələr ehtiva etmədiyindən istintaq olunan cinayət işi üzrə təqsirsizlik prezumpsiyası hüququnun pozulması halı müəyyən edilməyib.

Qeyd edilməlidir ki, Azərbaycanın işğal altında olmuş ərazilərində sülh və insanlıq əleyhinə, terrorçuluq və digər cinayət əməllərinə görə hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə prosesi davam edən şəxslərdən yalnız Ruben Vardanyanın xarici əlaqə və resursları hesabına onun barəsində müraciət BMT İnsan Hüquqları Ali Komissarlığınadək çıxarılıbdır.

Lakin Azərbaycan Respublikasında bərqərar olmuş dəqiq hüquq texnologiyalarına əsaslanan hüquq təcrübəsi və beynəlxalq hüquq diplomatiyası qarşısında belə təşkilatlanmış səylər faydasızdır və cinayət məsuliyyəti labüddür.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 902   Tarix: 14 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr