"Bu platforma dünya mediasının da diqqət mərkəzindədir" - DEPUTAT

"Bu platforma dünya mediasının da diqqət mərkəzindədir" - DEPUTAT"Qlobal Bakı Forumu artıq bir ənənəyə çevrilmiş, bu il 12-ci dəfə təşkil olunan bu platformaya maraq daha da artıb. Bu isə Azərbaycanın güclənən beynəlxalq nüfuzundan xəbər verir. Digər beynəlxalq forumlardan fərqli olaraq, Qlobal Bakı Forumunda müxtəlif istiqamətlər, habelə siyasi, ictimai, sosial və mədəni məsələlər müzakirə olunur. Məsələn, Davos Forumu iqtisadi məsələlərə, Münxen Təhlükəsizlik Konfransı isə təhlükəsizlik məsələləri üzrə müzakirələrə həsr olunub. Lakin Qlobal Bakı Forumu bütün bu mövzuları əhatə edir və yüksək səviyyəli iştirakçı siyahısına görə fərqlənir. Burada prezidentlər, baş nazirlər, nazirlər, beynəlxalq təşkilatların rəhbərləri, həmçinin sabiq dövlət, hökumət başçıları və digər yüksək səviyyəli şəxslər iştirak edir və öz siyasi baxışlarını ifadə edirlər".

Bunu Sonxeber.az-a Milli Məclisin üzvü Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, forumun açılış mərasimində cənab Prezident proqram xarakterli çıxış etdi və Azərbaycanın iqlim dəyişmələri sahəsində əldə etdiyi nailiyyətləri və iqlim diplomatiyasında dönüş nöqtəsi olan COP29 barədə forum iştirakçılarına məlumat verən Prezident İlham Əliyev bəzi xarici media qurumlarının Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək üçün apardığı qarayaxma kampaniyalarından bəhs edib:

"ABŞ və Fransa mediasında yayımlanan anti-Azərbaycan dezinformasiya cəhdlərinə baxmayaraq, Azərbaycan bu beynəlxalq tədbiri yüksək səviyyədə keçirib.
Dövlət başçısı çıxışında COP29 zamanı Fransa Prezidenti Makron tərəfindən aparılan boykot kampaniyalarına da toxunub. Eyni zamanda, ABŞ administrasiyasına bağlı media resurslarında - "Washington post", "Financial Times", "Associated Press" və s. COP29 öncəsi tədbirin Azərbaycanda keçirilməsinə kölgə salmaq məqsədilə ölkəmiz haqqında saxta məlumatlar yer alan məqalələr yayımlanıb. Bu cəhdlər Azərbaycanın beynəlxalq nüfuzunu və imicini zəiflətmək məqsədi daşısa da, nəticədə bu cəhdlər uğursuz olub. Azərbaycan "Bakubreakthrough" adlanan yeni iqlim maliyyə hədəfi ilə və bir çox maddələr üzrə tərəf ölkələr arasında konsensusun əldə olunması ilə adını tarixə yazdırıb. Qeyd edildiyi kimi, bu tədbirdə 197 ölkədən 77,000 iştirakçı qeydiyyatdan keçmiş, 70-ə yaxın dövlət və hökumət başçısı qatılmışdır: "Ermənistan isə COP29-u boykot edən və iştirakdan imtina edən yeganə ölkə olub. Bu qərar, Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməməsi ilə bağlı idi. Onlar iqlim üzrə yeni maliyyə hədəflərinin razılaşdırılmasında birbaşa iştirak etmədilər.

Prezident İlham Əliyev çıxışında azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ilə bağlı da məlumat verərək bununla tarixi ədalətin bərpa olunduğunu, BMT-in kağız üzərində qalan qətnamələrini ölkəmizin özünün icra etdiyini bildirib. Qarabağ və Şərqi Zəngəzurda törədilmiş urbasid cinayətləri, ətraf mühitin məhv edilməsi – ekosid, mədəni irsimizə qarşı həyata keçirilən vandalizm aktları, məscid, məzar yerlərinin təhqir edilməsi dünya ictimaiyyətinin gözü qarşısında aparılmışdır. Həmin əraziləri ziyarət edən xarici qonaqlar bu vandalizmi öz gözləri ilə görə bilərlər.

Bu platforma dünya mediasının da diqqət mərkəzindədir. Azərbaycanın dünyada baş verən yeni geosiyasi yerdəyişmələr və yeni çağırışlar barədə, həmçinin Cənubi Qafqaz regionunda normallaşma ilə bağlı mövqeyini təqdim etməyə imkan yaradır. Burada beynəlxalq proseslərə Azərbaycanın baxışı, xarici siyasətinin istiqamətləri, regionda baş verən hadisələr və ölkəmizlə bağlı bir çox məsələlər müzakirə olunur. Dövlət başçımızın fikirləri ilə bütün dünya ictimaiyyəti və mediası bu məsələlərə dair geniş məlumat əldə edə bilib".

Deputat, onu da qeyd edib ki, forum çərçivəsində müxtəlif müzakirələr baş tutur:

"Prezident çıxışında Avropa İttifaqının regiondakı missiyasına da toxunub və bu missiyanı lazımsız hərbi kəşfiyyat fəaliyyəti kimi qiymətləndirib. O bildirdi ki, Azərbaycan tərəfinin bu missiya ilə bağlı əldə etdiyi kəşfiyyat məlumatları mövcuddur.

Forum çərçivəsində müxtəlif müzakirələr baş tutur. Azərbaycandan çıxışçılar regional əməkdaşlıq çərçivəsində "Türk Dövlətləri Təşkilatı" ilə əməkdaşlığa xüsusi önəm verildiyini bildiriblər. Bundan əlavə, forumda Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar və açıq qalan məsələlər barədə məlumat verilib. Panellərdə "Sülhə aparan yol" adlı sessiya zamanı hazırda dünyada müharibə və münaqişə ocaqları barədə və sülh üçün hansı perspektivlərin olması, təhlükəsizlik məsələləri üzrə müzakirələr aparılıb.

BMT-nin islahatlara ehtiyacı və çoxqütblü dünya nizamının formalaşması, yeni reallıqlar və geosiyasi yerdəyişmələri nəzərə alaraq, BMT-in bu tələblərə cavab verən quruma çevrilməsi tövsiyə olundu. BMT-də yeni mexanizmin hazırlanmasının zəruriliyi bir daha vurğulanıb. Əgər əvvəllər çoxtərəfli yanaşma təbliğ edilirdisə, hazırda dünyada qütbləşmə və çoxqütblülük müşahidə olunur. Buna görə də, BMT bu reallıqlara cavab olaraq yeni tədbirlər həyata keçirməli, islahat mexanizmləri işləyib hazırlamalı və tətbiq etməlidir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1558   Tarix: 14 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr