Bakıda 10 min manatlıq "iPhone" dələduzluğu - HÖKM OXUNDU
Mobil telefon alqı-satqısı adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Sonxeber.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Rafael Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə mühakimə olunan Y.C. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Onun ev dustaqlığında saxlanıldığı müddət cəzadan çıxılıb və Y.C. üzərində qəti olaraq 1 il 5 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İş materiallarından aydın olur ki, Y.C. metronun "28 may" stansiyası ətrafında fəaliyyət göstərən və mobil telefon satışını həyata keçirən mağazada satıcı işləyib. Zərərçəkən O.R. isə onun müştərisi olub. Y.C. ona Dubaydan "iPhone 15 Pro Max" markalı telefon gətirib satmaq istədiyini, lakin bunun üçün pulu olmadığını deyib.
Y.C. bunu deyərkən, zərəçəkənə birlikdə qazanc əldə etmək təklif edib. O.R. isə ona dörd ədəd telefonun pulunu verə biləcəyini deyib. Tərəflər razılaşdıqdan sonra, O.R. Y.C-yə hissə-hissə 10 800 manat pul verib. Bundan sonra Y.C.-ni tapmaq mümkün olmayıb.
O.R. aldadıldığını anlayaraq, polisə şikayət edib. Y.C. şübhəli şəxs qismində saxlanılıb və ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan edilib.
Məhkəmə istintaqı zamanı Y.C. elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1061 Tarix: 15 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabrYumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?
Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki
13 sentyabrQanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur
20 sentyabrKüçədə azyaşlı qızlar arasında saç-saça dava düşüb - VİDEO
Türkiyənin Eskişehir şəhərində, Porsuk Bulvarında yaşı 18-dən aşağı olan qızlar arasında naməlum səbəbdən başlayan mübahisə qısa müddətdə davaya çevrilib. xarici mediaya istinadla xəbər verir ki,hadisə Odunpazarı rayonunun İstiklal məhəlləsində, Porsuk Bulvarında baş verib. Qruplar halında olan qızla
11 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrYanan maşından ata və oğlu son anda xilas edildilər - ANBAAN VİDEO
Bu gün saat 09:30-da Bakı-Şamaxı yolunun 93-cü kilometrliyində xidmət aparan Yol Patrul Xidməti Alayının II taqımının əməkdaşları hərəkətdə olan "Ford" markalı avtomobildə tüstüləmə müşahidə edib. xəbər verir ki, stasionar postda saxlanılan avtomobildə yanğın başladığından, dərhal sürücü Kəna
23 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabr