"Avropa Parlamentinin əli yüzlərlə günahsız insanın qanına batmış caniləri müdafiə etməsi mənəviyyatsızlıqdır" - DEPUTAT
"Avropa Parlamentinin "Erməni girovların qanunsuz tutulması və qondarma məhkəmə prosesləri" adlı əsasız və qeyri-obyektiv qətnaməsi qarşılaşdığımız növbəti ikili standartlar nümunəsidir".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, Azərbaycan son yüz ildə öz potensialı və imkanları çərçivəsində işğalı sonlandıraraq ərazi bütövlüyünü bərpa edən yeganə dövlətdir:
"44 günlük Vətən Müharibəsi tarixi zəfərimizlə yanaşı, Cənubi Qafqazda yeni geosiyasi reallıqların yaranmasının əsas faktorudur. Artıq şanlı zəfərimiz beynəlxalq müstəvidə rəsmiləşdirilib. Lakin ölkəmizin artan nüfuzunu və regionda formalaşdırdığı konfiqurasiyanı qəbul etmək istəməyən qüvvələr də kifayət qədərdir. Onlardan biri hər zaman qərəzli, riyakar bəyanatlarla anti-Azərbaycan ritorikasından çıxış edən Avropa Parlamentidir. İşğal dövründə Ermənistanın təcavüzkar siyasəti ilə bağlı hər hansı bir rəsmi mövqe nümayiş etdirməyən, haqlı tələblərimizi görməzdən gələn və Xocalı soyqırımı kimi əsrin fəlakətinə hüquqi qiymət verməyən Avropa Parlamentinin əli yüzlərlə günahsız insanın qanına batmış caniləri müdafiə etməsi siyasi mənəviyyatsızlıq və ikiüzlülükdür".
Deputat vurğulayıb ki, həmin şəxslərin heç biri siyasi məhbus deyil:
"Onlar işğal olunmuş Azərbaycan torpaqlarında etnik təmizləmələr, kütləvi qətllər və digər cinayət tərkibli əməllərdə ittiham olunurlar. Rəsmi Bakı məhkəmə prosesini beynəlxalq standartlara uyğun şəkildə həyata keçirir. Belə olduğu təqdirdə mövcud vəziyyətlə bağlı əsassız bəyanatlar səsləndirmək siyasi manipulyasiya cəhdidir.
Avropa Parlamentinin riyakar əməlləri Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kölgə salmaq məqsədi daşıyır. Onlar qərəzli mövqeyi ilə regional sabitliyə və sülh prosesinə mane olur, qarşıdurmanı davam etdirmək üçün isə müxtəlif təzyiq vasitələrindən istifadə edirlər. Bu siyasət birmənalı olaraq gərginliyə xidmət edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Bank kartları ilə bağlı - Daha bir qadağa