Nağdəli Xəlilov vəfat edib
Rəssam Nağdəli Xəlilov vəfat edib.
Sonxeber.az xəbər verir ki, bu barədə APA-ya "Xəzər" Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə məlumat verib.
Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda (Qəmərli) anadan olub. O, 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1980-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. Nağdəli Xəlilov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Rəssamın üç fərdi sərgisi keçirilib. 1988-ci ildən etibarən ümumittifaq, beynəlxalq və respublika sərgilərinin fəal iştirakçısı olub. Onun əsərləri Türkiyə, Gürcüstan, Almaniya, Amerika, Çexoslovakiya, ərəb ölkələri və Azərbaycanda nümayiş olunub. Rəssamın "Tək ağac", "Heyva ağacı", "Nar ağacı", "İki ağac" mənzərələrini, "Nəsrəddin Tusi", "Cəlaləddin Rumi", "Şəhriyar", "Xəstə Qasım", "Heyran xanım", "İrəvan xanı Hüseynxan", "Füzuli", "Mir Möhsün Nəvvab" portretlərini, "Qurtuluş ağacı", "Dinin əsasları", "İlk İslam Akademiyası", "Adəm və Həvva", "Kəbə", "Mirac", "Hicrət", "İlk İslam həmrəyliyi" və s. tarixi janrında çəkilmiş əsərlərini qeyd etmək olar. Nağdəli Xəlilov 2009-cu ildə "Yeni Era" Dünya Rəssamlıq Akademiyasına müxbir üzv, 2011–ci ildə "Yeni Era" Dünya Rəssamlıq Akademiyasına həqiqi üzv seçilib və akademik adı alıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 555 Tarix: 17 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Baş prokurordan iki təyinat
Gəncə hərbi prokuroru Emin Vəliyevə yeni müavin təyin edilib. Trend-in məlumatına görə, müvafiq əmri Baş prokuror Kamran Əliyev imzalayıb. Əmrə əsasən, Ədliyyə polkovnik-leytenantı Məmmədov Vasif Qulu oğlu Gəncə hərbi prokurorunun müavini təyin edilib. Sumqayıt hərbi prokuroruna da yeni müavin təyi
7 fevralLeyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər. "Report" xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Gəncənin mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığını
8 fevralBazar günü bəzi yerlərə intensiv QAR YAĞACAQ
Bakıda və Abşeron yarımadasında fevralın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gec
7 fevralAzərbaycanda iki idarə ləğv olundu
Azərbaycanda iki idarə ləğv olunduğunu elan edib. İqtisadiyyat.az xəbər verir ki, bunlar Neftçala Melioservis İdarəsi və Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsidir. Qeyd edək ki, Neftçala Melioservis İdarəsi 2002-ci ildə yaradılıb. İdarənin rəisi Nizami Nəsirovdur. İdarənin hazırd
6 fevralBu marşrutların hərəkət sxemi dəyişdirilir
32 və 120 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir. Bu barədə -a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, fevralın 7-dən bu xətlər üzrə avtobusların hərəkəti Kövkəb Səfərəliyeva küçəsi ilə deyil, xüsusi hərəkət zolağının mövcud olduğu Puşkin küçəs
6 fevral"Gold Rezidens" vətəndaşın əmlakın zəbt edib - Video
Bakıda binanın həyətindəki 50-dən çox qaraj sökülüb. Ancaq sahibkarlardan biri ona təklif olunan kompensasiya məbləği ilə razılaşmır. XALQ-ın məlumatına görə, paytaxtın Fətəli Xan Xoyski küçəsi, 132 ünvanında, söküntü işləri aparılan və hasarlanan ərazidə 16 kvadratmetr sahədə qarajı olan sahibkar Əfqa
6 fevralDİQQƏT! Ev tikintisində YENİ ŞƏRT
Azərbaycanda ev tikdirənlərin bəzisi bu işi şirkətlərə, bəzisi isə tanıdığı, işinə bələd olduğu ustaya həvalə edir. Şirkətlər mənzil sahibi ilə evin tikintisi haqqında detalları, yəni hansı müddətə işin başa çatacağını, nə qədər vəsait xərclənəcəyini və digər məsələləri danışıb, müqavilə bağlayırlar
8 fevralAliment ödəməkdən yayınanların nəzərinə!
Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası Konstitusiya və "Məhkəmələr və hakimlər haqqında" Qanuna əsasən, bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. "Qafqazinfo" xəbər verir ki, bu qərarların icra edilməməsi hüquqi məsuliyyət yaradır. Qanuna görə, məhkəmə aktlarını
6 fevralBu tarixdə QISA İŞ GÜNÜ OLACAQ
Azərbaycanda 19 mart qısaldılmış iş günüdür. 20 - 24 mart Novruz bayramı, 20 - 21 mart isə Ramazan bayramı ilə əlaqədar olaraq 19 mart (cümə axşamı) ölkə üzrə qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günündən əvvəlki iş günü bir saat azaldılır. Bu səbəbdən dövlə
7 fevral