Qlobal dəyişikliklər və yeni dünya nizamı

Qlobal dəyişikliklər və yeni dünya nizamıXII Qlobal Bakı Forumu qlobal miqyasda aktual olan məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq platformalardandır. Bu Forumda dünyanın müxtəlif ölkələrindən olan 50-dən artıq sabiq və hazırkı dövlət və hökumət başçılarının iştirakı onun əhəmiyyətini sübut edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bakı Qlobal Forumu çərçivəsində Euronews televiziyasına müsahibə verib. Dövlət başçısının müsahibəsində vurğuladığı kimi, Forumda səslənən fikirlər müxtəlifdir və bu fərqli baxış bucaqları yeni ideyaların formalaşmasına şərait yaradır. Forum beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında mühüm rol oynayır və qlobal problemlərin həlli üçün yeni perspektivlər açır.
Dünya nizamı artıq əvvəlki formasında mövcud deyil və yeni qaydaların müəyyənləşdirilməsi prosesi gedir. Beynəlxalq ictimaiyyət hələ də yeni qarşılıqlı əlaqə konfiqurasiyasını tam müəyyən edə bilmir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki, ölkələr artıq beynəlxalq hüquqa və xarici yardımlara arxalanmadan, öz daxili imkanlarına güvənməlidir. Azərbaycan beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olsa da, məhz daxili resurslarına əsaslanaraq öz inkişaf yolunu müəyyənləşdirib və bu, gələcək üçün də önəmli model olacaq.
Qlobal transformasiya dövründə beynəlxalq təşkilatların təsir gücü getdikcə azalır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bəzi beynəlxalq təsisatlar ya öz zəifliyini nümayiş etdirir, ya da tamamilə fəaliyyətsiz hala düşüb. Bu səbəbdən də ölkələr beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan daha çox, ikitərəfli münasibətlərə üstünlük verməyə başlayırlar. Gələcəkdə baş verəcək hadisələr bu tendensiyanın hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək.
Cənubi Qafqaz uzun illər qarşıdurma və düşmənçilik bölgəsi olub. Tarixi münaqişələr və geosiyasi maraqlar bu regionun sabitliyinə daim mane olub. Cənab Prezidentin də qeyd etdiyi kimi, hazırda bölgədə nisbətən sakit bir dövr yaşanır və bu fürsət dəyərləndirilməlidir. Əsas məqsəd, yeni hərbi qarşıdurmaların qarşısını alacaq əhatəli təhlükəsizlik mexanizmlərinin yaradılmasıdır. Müstəqillik əldə etməzdən əvvəl Cənubi Qafqaz respublikaları arasında müəyyən təmaslar var idi və bu təcrübədən yararlanaraq gələcəkdə qonşuluq prinsiplərinə əsaslanan birgə inkişaf strategiyası qurmaq mümkündür.
Dünya nizamının dəyişməsi fonunda hər bir ölkə öz milli maraqlarını qorumaq üçün xarici təsirlərdən asılı olmadan qərar qəbul etməlidir. Dövlət başçımız müsahibəsində Azərbaycanın heç bir beynəlxalq təsisata və ya dövlətə arxalanmadan öz suverenliyini qoruduğunu və uğurlu nəticələr əldə etdiyini vurğulayır. Tarix göstərir ki, hər hansı bir xarici yardıma həddindən artıq güvənmək ölkələri zəiflədə bilər. Çünki belə olan halda həm suverenlik məhdudlaşır, həm də gələcəkdə bu yardımların davamlı olacağına heç bir zəmanət yoxdur. Azərbaycan öz resurslarına əsaslanaraq ərazi bütövlüyünü bərpa edib və gələcəyini müstəqil şəkildə qurur.
Sabitliyin tam təmin olunması üçün münaqişələr yalnız atəşkəslə deyil, rəsmi sülh sazişləri ilə həll edilməlidir. Azərbaycan-Ermənistan münasibətləri buna nümunədir. İkinci Qarabağ müharibəsindən beş il keçməsinə baxmayaraq, hələ də ölkələrimiz arasında sülh sazişi imzalanmayıb. Bu baxımdan, bölgədə uzunmüddətli sabitliyin yalnız rəsmi sazişlə təmin oluna biləcəyi aydın görünür. Bu yanaşma təkcə Cənubi Qafqaza deyil, Yaxın Şərq və Afrika kimi münaqişə zonalarına da şamil edilə bilər. Qarabağ münaqişəsinin beynəlxalq hüquq və tarixi ədalət əsasında həll edilməsi dünya üçün də əhəmiyyətli nümunədir.
Hazırkı dövrdə dünya sabitlikdən çox xaosa doğru gedir. Münaqişələr artır, qlobal siyasi və iqtisadi balans dəyişir. Azərbaycan isə realist yanaşma sərgiləyərək milli maraqlarına uyğun siyasət yürüdür. Sülh sazişləri olmadan sabitliyin mümkün olmadığını, beynəlxalq təşkilatların zəiflədiyini və ölkələrin öz taleyinin sahibi olduğunu qəbul etmək lazımdır. Geosiyasi transformasiya hələ yenicə başlayıb və yaxın illər bu prosesin hansı istiqamətdə inkişaf edəcəyini göstərəcək. Mühüm olan, baş verən dəyişikliklərə uyğun strategiya formalaşdırmaq və milli maraqları prioritet tutmaqdır.
Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq arenadakı mövqeyini və strateji baxışlarını bir daha nümayiş etdirdi. O, ölkəmizin müstəqil siyasət yürütdüyünü, regionda sülh və sabitlik üçün mühüm addımlar atdığını vurğuladı.
Bu müsahibə Azərbaycanın uğurlarını dünya ictimaiyyətinə çatdırmaqla yanaşı, ölkənin davamlı inkişaf yolunda olduğunu da göstərdi. Güclü iqtisadiyyat, dayanıqlı enerji strategiyası və sülhə yönəlmiş diplomatiya siyasəti sayəsində Azərbaycan regionun lider dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.
Şübhəsiz ki, gələcəkdə Azərbaycan daha da möhkəmlənəcək, beynəlxalq əməkdaşlıqlar genişlənəcək və xalqın rifahı yüksələcək. Ölkəmizin qlobal səviyyədə güclənən nüfuzu, əldə edilən nailiyyətlər və irəli sürülən innovativ təşəbbüslər bizi daha parlaq bir gələcəyə aparacaq.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 955   Tarix: 17 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr