Bu universitet tələbələrə iki aydır təqaüd ödəmir?
Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri 2 aya yaxındır təqaüdlərinin gecikdirildiyini iddia edir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, tələbələr fevral və mart aylarının təqaüdlərini hələ də ala bilməyiblər.
Məsələ ilə bağlı, Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı ilə əlaqə saxladıq. O, bildirdi ki, təqaüdlər bu gün köçəcək:
"İmtahandan sonrakı ayda ənənəvi olaraq bu cür olur. İmtahan nəticələri açıqlanır, daha sonra təqaüdlər verilir. Bu gün təqaüd köçəcək", - C. Zeynallı vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3821 Tarix: 17 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ərazilərdə 4 saat işıq olmayacaq
Suraxanı rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bu gün Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyada Transformato
5 martNazir təyin olunan Fərid Bağırzadə KİMDİR? - DOSYE
Fərid Talətdin oğlu Bağırzadə Naxçıvan Muxtar Respublikasının (MR) əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. Naxçıvan MR-in yeni əmək və əhalinin sosial müdafiəsinin nazirini təqdim edir:. Fərid Bağırzadə 1994-cü ildə anadan olub. 2016-cı ildə Bakı Dövlət Universitetinin informasiya texnologiyalar
4 martPərvanə İbrahimovaya ağır itki
Bakı Dövlət Universitetinin müəllimi Pərvanə İbrahimovaya ağır itki üz verib. Qaynarinfo xəbər verir ki, onun atası dünyasını dəyişib. Allah rəhmət eləsin
5 martMN: "Naxçıvana edilən bu hücum aktları cavabsız qalmayacaq" - VİDEO
5 mart tarixində İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. Pilotsuz uçuş aparatlarını
5 mart