"Ermənistan dövləti yeni müharibə ehtimalını alovlandırmaqla məşğuldur" - AÇIQLAMA
Martın 18-i saat 08:55 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
"Ermənistan dövləti Azərbaycanın sülh çağırışları artdıqca yola gəlmək əvəzinə, yeni müharibə ehtimalını alovlandırmaqla məşğuldur"- bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:
"Ermənistan dövləti Azərbaycanın sülh çağırışları artdıqca yola gəlmək əvəzinə, yeni müharibə ehtimalını alovlandırmaqla məşğuldur. Faktiki olaraq, bu gün Ermənistanın ortaya qoyduğu mövqe birmənalı şəkildə onu göstərir ki, Cənubi Qafqazda yeni müharibə ocağının qalanmasında Ermənistan aktiv və fəal şəkildə iştirak etməyə çalışır. Onlar bir tərəfdən sülhlə bağlı mesajlar versələr də, digər tərəfdən aktiv şəkildə Azərbaycan əleyhinə müharibə ritorikasını qızışdırmaq və gərginləşdirməklə məşğuldur. Məlum hadisə onu göstərir ki, Ermənistanın real sülhlə, dövlətlərarası münasibətlərin bərpa edilməsi ilə bağlı demək olar ki, heç bir istəyi yoxdur. Son günlər Azərbaycana qarşı təxribatlar törətməsi, Ermənistan Müdafiə Nazirliyinin müxtəlif dırnaqarası bəyənnatlar yayaraq dezinformasiya istehal edən tərəf qismində iştirak etməsi onu göstərir ki, bizim qarşımızda tamamilə müharibəyə fokuslanmış bir ölkə dayanır. Bu gün Ermənistan və onun havadarları Azərbaycan əleyhinə savaş ritorikasını qızışdırmaqla məşğuldur. Onlar əsas istəyi bizə qarşı müharibə başlatmaq və dünyada böyük bir səs-küy yaratmaqdır ki, güya sülh istəyən onlar idi, amma müharibəni biz başlatdıq. Ermənistanın son dövrlər atdığı bütün addımlar onu söyləməyə əsas verir ki, onlar Azərbaycanla növbəti savaş üçün açıq-aşkar niyyətlidirlər"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1991 Tarix: 18 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr