"Qarabağ münaqişəsinin həll yolu bütün dünya tərəfindən qəbul edilmişdir" - DEPUTAT

"Qarabağ münaqişəsinin həll yolu bütün dünya tərəfindən qəbul edilmişdir" - DEPUTAT"Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibədə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik və regional problemlərə dair dərin analiz təqdim olunub. Müsahibədə XII Qlobal Bakı Forumunun rolu, dünya nizamının dəyişməsi, Cənubi Qafqazın təhlükəsizliyi və Azərbaycanın milli maraqları kimi məsələlər geniş şəkildə müzakirə olunub. XII Qlobal Bakı Forumunda iştirakçılar ənənəvi olaraq gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşüblər. Forumda 50-dən çox ölkədən sabiq və fəaliyyətdə olan dövlət başçıları iştirak edib. Bu şəxslərin böyük təcrübəsi və bilikləri Forumun müzakirələrinə əvəzolunmaz töhfə verib.
Forumun əsas üstünlüyü burada müxtəlif fikirlərin səsləndirilməsidir. Bu müxtəliflik müzakirələri daha məhsuldar edib və yeni ideyaların yaranmasına şərait yaradıb. Dövlətimizin başçısı bildirib ki, bu Forumda hər zaman yeni ideyalar meydana gəlir və beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Forumun vacib rolu var. Bu, Azərbaycanın qlobal diplomatik arenada artan nüfuzunu əks etdirir".

Bu fikirləri Sonxeber.az-a Milli Məclisin deputatı Mahir Süleymanlı danışıb.

"Prezident İlham Əliyevin müsahibəsində ən diqqət çəkən məqamlardan biri dünya nizamının dəyişməsi ilə bağlı müşahidələridir. Dövlət başçısı qeyd edib ki, bildiyimiz dünya nizamı artıq mövcud deyil: "Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır".
Hər bir ölkə öz daxili imkanlarına və resurslarına güvənməlidir, beynəlxalq hüququn selektiv tətbiqi və beynəlxalq təşkilatların zəifliyi nəzərə alınaraq, dövlətlər öz təhlükəsizliklərini təmin etmək üçün daha müstəqil strategiyalar qurmalıdır. Azərbaycanın bu sahədə böyük təcrübəsi var, dövlətimiz ərazi bütövlüyünü və suverenliyini öz qüvvəsi ilə bərpa etmişdir.
Prezident İlham Əliyev beynəlxalq təşkilatların hazırkı vəziyyətini də dəyərləndirib. Dövlət başçısı qeyd edib ki, bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Bu səbəbdən ölkələr ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verməlidir".

Deputat açıqlamasında onu da qeyd etdi ki, tarixi zəfərlər dövlətimizin diplomatik uğurunu və regionda sabitliyin təmin edilməsi istiqamətində atılan addımlardır:

"Cənubi Qafqaz regionunun təhlükəsizliyi məsələsi Azərbaycan Prezidentinin müsahibəsində mühüm yer tutur. Dövlət başçısı qeyd edib ki, Cənubi Qafqaz onilliklər boyu qarşıdurma və düşmənçilik bölgəsi olub: "Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik".
Qarabağ münaqişəsinin həll yolu bütün dünya tərəfindən qəbul edilmişdir. Tarixi zəfərlər dövlətimizin diplomatik uğurunu və regionda sabitliyin təmin edilməsi istiqamətində atılan addımlardır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın təcrübəsi uğurlu olmuşdur: "Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir".
Prezident İlham Əliyevin "Euronews" televiziyasına verdiyi müsahibə dövlətimizin müstəqil xarici siyasətini, milli maraqları qorumaq istəyini və regionda sabitliyin təmin edilməsi üçün səylərini əks etdirir. Müsahibədə vurğulanan əsas məqamlar müasir dövrdə qlobal siyasətin ən aktual məsələləridir, bu mövzularda irəli sürülən fikirlər Azərbaycanın qlobal arenada artan rolu və təsirini bir daha təsdiq edir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1679   Tarix: 19 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr