Naməlum xəstəliklərin yayılması dünyanı təhdid edə bilər - Bioloq xəbərdarlıq edir

Naməlum xəstəliklərin yayılması dünyanı təhdid edə bilər - Bioloq xəbərdarlıq edirƏbədi buzlaqların əriməsi ilə əlaqədar olaraq dünya qarayara və bəşəriyyətə məlum olmayan digər xəstəliklərin yeni epidemiyası təhlükəsi ilə üzləşə bilər.

Qaynarinfo xəbər verir ki, amerikalı təkamül bioloqu Skott Trevers (Ratqers Universiteti) "Forbes" nəşrində yayımlanan məqaləsində əbədi buzlaqların əriməsinin potensial təhlükələri barədə xəbərdarlıq edib.

Alimin sözlərinə görə, Şimal yarımkürəsinin 15%-i minilliklər boyu buzun içində qalmış "bioloji kapsulla" örtülüdür. Burada üzvi maddələr, güclü istixana qazları və daha təhlükəli olan qədim mikroorqanizmlər – bakteriyalar və viruslar saxlanılıb.

Min illər ərzində stabil qalan əbədi donuşluq indi sürətlə əriyir və tarixdən gizlənmiş bu mikrobları üzə çıxarır. Trevers bildirir ki, bu buz qatı Arktikanın ekosistemini sabit saxlayan təbii əsasdır. Lakin ərimə prosesi gözlənilməz nəticələrə səbəb ola bilər.

Qlobal istiləşmə və təhlükəli dövriyyə

Əbədi donuşluq təkcə Arktikanın vəhşi təbiətinə deyil, qlobal iqlim sisteminə də təsir göstərir. Burada atmosferdə olan karbonun iki qatından çox miqdarda karbon saxlanılıb. Ərimə prosesi bu karbonun sərbəst buraxılmasına və nəticədə qlobal istiləşmənin daha da sürətlənməsinə gətirib çıxarır.

Lakin ən qorxulu təhlükə mikroskopik və potensial ölümcül olan patogenlərdir.

Qədim mikrobların oyanışı

2016-cı ildə Sibirin Yamal yarımadasında gözlənilməz sibir yarası epidemiyası baş verdi. Hadisə nəticəsində bir neçə insan xəstəxanaya yerləşdirilib, 12 yaşlı uşaq isə həyatını itirib. Bundan əlavə, 2.300-dən çox şimal maralı xəstəlikdən tələf olub.

Araşdırmalar göstərib ki, ərimə nəticəsində qədim bir maral cəsədi üzə çıxıb və onun içindəki "Bacillus anthracis" sporları yenidən aktivləşib.

Ancaq bu, yalnız bir "sınaq hadisəsi" idi. Trevers bildirir ki, sibir yarası müasir patogendir və ona qarşı tibbi müalicə mövcuddur. Lakin milyonlarla il ərzində donmuş qalan mikroblar necə olacaq?

Qorxunc ehtimallar

Çernobıl zonasında təkamül edən itlər və radiasiyaya uyğunlaşmış qurbağalar kimi, əbədi donuşluqda da dünyanın tanımadığı mikroorqanizmlər mövcuddur.

Alimlər artıq 30.000 illik virusları diriltməyə nail olublar. Bu viruslar hələlik yalnız amöblərə təsir göstərir. Lakin qədim mikrobların hələ də yoluxucu olması dünyada yeni epidemiyaların başlaya biləcəyinə dair narahatlıq yaradır.

Trevers vurğulayır ki, bu, bir növ Pandoranın qutusu kimidir. Biz hələ bilmirik, bu mikroorqanizmlər insanlar, heyvanlar və ya bitkilər üçün real təhlükə təşkil edəcəkmi, yoxsa sadəcə ekosistemdə izsiz yox olacaq?

Lakin bir şey dəqiqdir: əbədi buzlaqların əriməsi ilə biz bilinməyən bir bioloji riskin astanasında ola bilərik.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1332   Tarix: 19 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr
.

Makron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq

Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun

23 sentyabr
.

Orta əsr qalası əsrlər boyu universitet binasının içində gizlənib: Onu necə tapdılar?

Dublin Universitet Kollecinin (UCD) kampusundakı binanın daxilində əsrlər əvvəl dağıldığı düşünülən orta əsr qalası aşkarlanıb. Norman qalasının Roebuckdakı divarlarının müasir binanın suvağının altında bu günə qədər qorunduğu müəyyənləşdirilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Historia"

24 sentyabr
.

ABŞ hərbçiləri Litvaya yola düşüb

ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu

22 sentyabr
.

Avropada temperatur +40 dərəcəyə yüksələcək

Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1

24 sentyabr
.

Si Cinpin 23-25 sentyabrda ABŞ-yə səfər edəcək

Çin Sədri Si Cinpin sentyabrın 23-dən 25-dək ABŞ-yə dövlət səfəri edəcək. xəbər verir ki, bu barədə Çin tərəfinin rəsmi məlumatında qeyd edilib. Bildirilib ki, səfər ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutacaq

21 sentyabr
.

ABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?

"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb

24 sentyabr
.

Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin

23 sentyabr
.

İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"

İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni

21 sentyabr