"Prezident İlham Əliyevin bu müsahibədə toxunduğu mövzular Azərbaycanın regionda və dünyada artan rolunu bir daha nümayiş etdirdi" - DEPUTAT

"Prezident İlham Əliyevin bu müsahibədə toxunduğu mövzular Azərbaycanın regionda və dünyada artan rolunu bir daha nümayiş etdirdi" - DEPUTAT"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində nüfuzlu "Euronews" televiziya kanalına müsahibəsində Azərbaycanın xarici siyasəti, beynəlxalq və regional əməkdaşlıq, enerji təhlükəsizliyi və müasir dünya nizamının formalaşması məsələləri barədə ətraflı fikir bildirib. Sözügedən müsahibə ölkənin daxili və xarici siyasətini daha geniş auditoriyaya çatdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, Qlobal Bakı Forumu artıq nüfuzlu beynəlxalq platformaya çevrilib və burada dünyanın müxtəlif ölkələrindən 50-dən artıq fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçıları iştirak edirlər. Forum qlobal məsələlərin müzakirə olunduğu, yeni çağırışlara qarşı həll yollarının axtarıldığı mühüm tədbirlərdən biridir. Cənab Prezident eyni zamanda beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərə toxunaraq, yeni dünya nizamının formalaşdığını və Azərbaycanın bu prosesdə aktiv iştirak etdiyini vurğulayıb".

Bunu Sonxeber.az-a deputat deputat Vasif Qafarov danışıb.

O, açıqlamasında qeyd edib ki, Prezident İlham Əliyevin bu müsahibədə toxunduğu mövzular Azərbaycanın regionda və dünyada artan rolunu bir daha nümayiş etdirdi:

"Müsahibədə Azərbaycanın enerji siyasəti xüsusi yer tutub. Azərbaycan artıq onilliklərdir Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu rol getdikcə artır. Ölkə təkcə neft və qaz ixracatçısı deyil, eyni zamanda, bərpaolunan enerji mənbələrinə də böyük sərmayələr yatırır. Xüsusilə, Azərbaycanda günəş və külək enerjisi sahəsində yeni layihələrin icrası ölkənin yaşıl enerji potensialını artırır. Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın gələcək inkişaf istiqamətləri və strateji hədəfləri sırasında iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqəmsal transformasiya sahəsində həyata keçirilən layihələr önəmli rol oynayır. Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsi, xüsusilə Orta Dəhlizin əhəmiyyəti və bu sahədə görülən işlər çox vacibdir. Bundan əlavə, bərpaolunan enerji mənbələri sahəsində irimiqyaslı investisiya layihələri və yaşıl iqtisadiyyatın formalaşdırılması ölkənin dayanıqlı inkişaf strategiyasının əsas elementlərindən biridir.
"Euronews" kimi nüfuzlu media qurumuna verilən müsahibə Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə və ölkənin strateji hədəflərinin dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Prezident İlham Əliyevin bu müsahibədə toxunduğu mövzular Azərbaycanın regionda və dünyada artan rolunu bir daha nümayiş etdirdi. Azərbaycan diplomatiyası və iqtisadi inkişaf strategiyası baxımından mühüm mesajlar verildi ki, bu da ölkənin beynəlxalq nüfuzunun artmasına töhfə verəcək. Prezident İlham Əliyevin "Euronews" kanalına müsahibəsi Azərbaycanın daxili və xarici siyasətindəki əsas istiqamətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm hadisədir. Ölkənin enerji təhlükəsizliyindəki rolu, regional əməkdaşlıq strategiyası və yeni dünya düzənindəki yeri bu müsahibə vasitəsilə geniş auditoriyaya təqdim olundu".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 3036   Tarix: 19 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr