"Novruz - milli kimliyimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən bayramdır" - DEPUTAT
"Novruz bayramı əsrlər boyu Azərbaycan xalqının milli kimliyini, mənəvi dəyərlərini və birliyini əks etdirən ən əziz bayramlardan biri olub. Novruz bayramı tarixən dostluq, mehribanlıq və birliyin simvolu kimi qeyd olunub. Tarix boyunca xalqımız Novruz bayramını bir araya gəlmək, barışmaq, yeni başlanğıclar etmək və təbiətin oyanışını qeyd etmək üçün bir fürsət kimi qəbul edib. Bu bayram, eyni zamanda Azərbaycan dövlətçiliyinin və mədəniyyətinin ən dərin qatlarına sirayət etmiş milli həmrəylik və birlik ideyalarının təməlini qoyub. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: "Bu bayramda siyasi baxışlardan, dünyagörüşündən asılı olmayaraq hər kəs bir araya gəlir, barışır, kin-küdurət unudulur".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib:
"2010-cu ildə BMT Baş Assambleyası martın 21-ni "Beynəlxalq Novruz Günü" elan edib. Bu, Novruz bayramının təkcə Azərbaycan xalqının deyil, bütün insanlığın mənəvi dəyəri olduğunu bir daha sübut edir. Novruz bayramı həm də Azərbaycan xalqının zəngin folklorunun və adət-ənənələrinin güzgüsüdür. Bayramın əsas rituallarından biri dörd çərşənbənin qeyd olunmasıdır ki, Su, Od, Yel və Torpaq çərşənbələri təbiətin oyanışının simvolu olub, insan və təbiət arasındakı harmoniyanı təcəssüm etdirir.
2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Ordumuz torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu gün artıq beşinci ildir ki, Novruz bayramı həm də doğma Qarabağ torpaqlarında qeyd edilir. Prezident İlham Əliyev 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü ildə Talışda, 2024-cü ildə Xankəndidə, 2025-ci ildə isə Ağdərədə bayram tonqalı qaladı. Qarabağda qalanan bu bayram tonqalları tarixi ədalətin bərpasının təntənəsi olmaqla yanaşı, bizim birliyimizin, həmrəyliyimizin və dövlətimizin gücünün, qüdrətinin göstəricisidir".
Deputat vurğulayıb ki, xalqımızın ən qədim və əziz bayramlarından biri olan Novruz bayramı münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edirəm:
"Novruz ocaqlarının alovu hər bir evə sevinc, bolluq və firavanlıq gətirsin! Hər yeni Novruz bayramı ölkəmizə daha böyük uğurlar, rifah və əmin-amanlıq gətirsin! Hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və evinizə bol ruzi-bərəkət arzulayıram. Novruz bayramınız mübarək!"hhh4-unikal]
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI