"Prezident İlham Əliyevin Forumundakı çıxışı Azərbaycanın beynəlxalq siyasətdəki prinsipial mövqeyini bir daha nümayiş etdirdi"- DEPUTAT
"Prezident İlham Əliyevin "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda 13 mart 2025-ci ildə keçirilən XII Qlobal Bakı Forumunda çıxışı ölkənin beynəlxalq siyasətdəki artan rolunu və strateji mövqeyini aydın şəkildə əks etdirir. Azərbaycan son illərdə regional və qlobal səviyyədə mühüm təşəbbüslərlə çıxış edərək beynəlxalq əməkdaşlıqda fəal iştirak edir. Ölkənin enerji siyasəti, geosiyasi mövqeyi və sülh quruculuğu strategiyası beynəlxalq münasibətlər sistemində onun təsir gücünü artırır".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi onun qlobal iqlim dəyişikliyi müzakirələrindəki rolunun təsdiqidir:
"Azərbaycan yalnız neft və qaz ixracatçısı deyil, həm də bərpa olunan enerji mənbələrinə böyük sərmayələr yatıran bir ölkə kimi çıxış edir. Xəzər dənizinin külək enerjisi potensialından istifadə etməklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir və "yaşıl enerji dəhlizi" yaratmaq istiqamətində konkret addımlar atır. Bu addımlar ölkənin dayanıqlı inkişaf və ekoloji siyasətinə sadiqliyini nümayiş etdirir. Azərbaycan hazırda Avropanın 10 ölkəsinə enerji tədarük edir və bu, onun enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi rolunu gücləndirir. Xəzər regionunun enerji resurslarının dünya bazarına çıxarılmasında əsas oyunçulardan biri olan Azərbaycan, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi layihələrlə enerji diversifikasiyasını təmin edir. Bu infrastruktur layihələri Avropanın enerji resurslarının Rusiya qazından asılılığını azaltmaqda mühüm rol oynayır".
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev nitqində bəzi Qərb dairələrinin Azərbaycana qarşı apardığı dezinformasiya kampaniyalarına, xüsusilə ABŞ və Fransa hökumətlərinin bu prosesdə iştirak etməsinə toxunub:
"Azərbaycan xarici təsirlərə qarşı müstəqil siyasət yürüdür və milli maraqlarını qorumaq üçün aktiv addımlar atır. COP29 kimi mühüm tədbirin Bakıda keçirilməsi ölkənin nüfuzunu artırdığı üçün bəzi dairələr tərəfindən qərəzli tənqidlərə məruz qalıb. Cənab Prezident çıxışında Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddialarını davam etdirdiyini və bu ölkənin bəzi xarici qüvvələr tərəfindən yeni münaqişələrə təhrik edildiyini qeyd edib. Bütün bunlara baxmayaraq, Azərbaycan sülh prosesinə sadiqdir və hazırda Ermənistanla razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir".
Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunda çıxışı Azərbaycanın beynəlxalq siyasətdəki aktiv rolunu, enerji və təhlükəsizlik sahəsindəki strateji əhəmiyyətini və sülh quruculuğu istiqamətindəki prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Azərbaycanın müstəqil siyasəti və beynəlxalq platformalarda artan nüfuzu onun regional və qlobal miqyasda mövqeyini daha da gücləndirir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Bank kartları ilə bağlı - Daha bir qadağa