Bakıda binada yanğın - Sakinlər təxliyə edildi - Video
Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsində yaşayış binasında yanğın baş verib.
Sonxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ondoqquzmərtəbəli yaşayış binasının onbeşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 76kv.m. olan birotaqlı mənzilin yanar konstruksiyaları və eyvanı ümumilikdə 16 kv.m. sahədə yanıb.
Xilasedicilər tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 12 nəfər bina sakini təxliyə edilib.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 723 Tarix: 21 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avtomobildə boğularaq ölən əmi və qardaşı oğlunun - Fotosu
Xəbər verdiyimiz kimi, Füzulidə avtomobili işlək vəziyyətdə qoyaraq yatan Bayram Hətəmov və onun qardaşı oğlu Vüsal Hətəmli maşının qızdırıcısında yaranan karbon monoksid qazından (dəm qazı) boğularaq ölüblər. "Qafqazinfo" həlak olan şəxslərin fotolarını təqdim edir:
15 yanvarAltı gün sulu qar, qar yağacaq - XƏBƏRDARLIQ
Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəy
15 yanvarNurlan Həsənli yenidən iş başında: Qanunsuz estetik əməliyyatlar
Səhiyyə Nazirliyinin plastik cərrah kimi fəaliyyətinə icazə vermədiyi və adı uğursuz cərrahi əməliyyatda çəkilən Nurlan Həsənli işinə davam edir. Bizim.Media-nın əldə etdiyi məlumata görə, özünü plastik cərrah kimi təqdim edən Nurlan Həsənli sosial şəbəkələrin bəzisində yeni hesab yaradıb, bəzisind
15 yanvarBu ərazilərə qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir. Dağlıq və dağətəyi rayonlarda qar yağır. Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 41, Sarıbaş (Qax) və Şahbuzda 35
15 yanvar"Doneretto" restoranında antisanitar vəziyyət-Video
Bakının Neftçilər metrostansiyasına yaxın fəaliyyət göstərən "Doneretto" restoranında antisanitar vəziyyətlə bağlı şikayət qeydə alınıb. Belə ki, müştərilərdən birinin bildirdiyinə görə, restoranın zalında tarakanın birbaşa stolun üzərində gəzdiyi müşahidə olunub
14 yanvarVəfat edən meyxanaçının villası satılır
Mərhum meyxanaçı Elnur Valehin Lənkərandakı villası satışa çıxarılıb. Axşam.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video yayımlanıb. İkimərtəbəli villa 190 min manata satışa qoyulub. Qeyd edək ki, Elnur Valeh ötən ilin iyulunda vəfat edib
14 yanvarDaha bir nəfər dəm qazının qurbanı oldu
Daha bir nəfər dəm qazından zəhərlənərək ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 22 radələrində Sumqayıtda qeydə alınıb. Belə ki, 48 yaşlı Vəfadar Tapdıq oğlu Abdullazadə yaşadığı 18-ci mikrorayondakı mənzilin hamam otağında dəm qazından zəhərlənib. O, yaxınları tərəfində
15 yanvar