Bakının bu ərazilərində evlər sökülməlidir - Nə baş verir?

Bakının bu ərazilərində evlər sökülməlidir - Nə baş verir?Bir neçə gün öncə Baş nazir Əli Əsədovun sədrliyi ilə ölkə ərazisində qəzalı vəziyyətə düşmüş çoxmənzilli yaşayış binaları ilə bağlı verilmiş tapşırıqların icra vəziyyəti, görüləcək işlər və digər əlaqəli məsələlərə dair iclas keçirilib. Sonda qərarlar qəbul olunub, aidiyyəti qurumlara tapşırıqlar verilib.

Detallar bəlli olmasa da, qəzalı vəziyyətdə olan evlərlə bağlı müxtəlif suallar ortaya çıxıb. Maraqlıdır, qəzalı vəziyyətə düşmüş binalarla bağlı ölkədə əsas problemlər nələrdir?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Globalinfo.az-a ölkədə qəzalı vəziyyətdə olan binaların rəsmi olaraq Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qeydiyyata alındığını bildirib.

Onun sözlərinə görə, qəzalı vəziyyətdə olan binaların sayı yüzdən çoxdur:

"Bir də var, qismən qəzalı vəziyyətdə olan binalar. Onların sayı həddindən artıqdır. Bakının 1-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli binalar da qəzalı və qismən qəzalı sayılır. Hətta Nazirlər Kabinetinin 83 saylı qərarı ilə 2017-ci ilin aprel ayından həmin mikrorayonun yenilənməsi ilə bağlı sərəncam var. Lakin bu, hələ də icra olunmayıb. Burada məsələ FHN-in üzərindədir. Çünki sifarişçi odur. Sərəncama əsasən tender elan olunmalı, tikinti şirkətləri həmin ərazilərə cəlb edilməli, sakinlər köçürülməli, onların kirayə ödənişləri təmin olunmalıdır. Eyni zamanda bina və kommunikasiya xətləri tam yenilənməlidir, sakinlərə 15-20 faiz artıqlaması ilə təmirli vəziyyətdə sahə təqdim olunmalıdır".

E.Azadovun dediklərinə görə, ərazidə 1800-ə yaxın mənzil olmağına baxmayaraq layihənin icra olunması iqtisadi baxımdan sərfəli deyil:

"Eyni zamanda şəhər normativlərinə görə uyğun gəlmir. 2018-ci ildən sonra Tikinti və Şəhərsalma Məcəlləsi dəyişilib, normativlər sərtləşdirilib. Burada iki problem var. 1-ci mikrorayon pilot layihə olmalı idi və gələcəkdə buna uyğun olaraq digər mikrorayonlardakı beşmərtəbəli və qəzalı binaların sökülməsi həyata keçməli idi. Artıq təcrübə göstərir ki, iqtisadi baxımdan bu binaların sökülməsi tikinti şirkətləri üçün maraqlı deyil. İkinci məsələ Şəhərsalma və Tikinti Məcəlləsi sərtləşdirildiyinə görə bəzi ərazilərdə bunların hətta həyata keçirilməsi mümkün deyil. Bu baxımdan ölkədə, ən çox da Bakı və böyük şəhərlərdə qəzalı və ya qismən qəzalı vəziyyətdə olan binaların sökülməsi prosesi yalnız dövlət vəsaiti hesabına həyata keçirilə bilər".

Ekspert deyib ki, tikinti və özəl sektorlara gəldikdə isə, az sayda olan tikinti şirkətləri var ki, onların da buna resursu çatmır və sayları olduqca azdır:

"Ümumilikdə ölkədə istismar müddəti bitmiş binaların sayı 16 min civarındadır. Onlar sovet hökuməti dövründə – 40-60 il əvvəl ərsəyə gəlib. Onların sökülməsi və yenidən qurulması ilə bağlı yaxın 20-30 il ərzində ciddi bir dəyişiklik gözlənilmir. Yəni bu o deməkdir ki, o istiqamətdə ciddi araşdırma aparılmalı, ekspertlər cəlb olunmalı, həyata keçirilməsi prosesi planlaşdırılmalıdır. Birinci növbədə sırf qəzalı adlanan binaların sökülməsi barədə tədbirlər planı aparılmalıdır ki, onlar dövlət hesabına olaraq, yoxsa özəl sektor tərəfindən həyata keçiriləcək. Əminliklə deyə bilərəm ki, iqtisadi baxımdan əlverişli yerdə yerləşmirsə, bu kimi layihələr özəl sektor üçün maraqlı olmayacacaq"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4004   Tarix: 21 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın ən uzunömürlü insanının sirri məlum oldu - Bu formula ilə 122 il yaşadı

Rəsmi qeydlərə görə, 122 il yaşayaraq "dünyanın ən yaşlı insanı" titulunun sahibi fransız Jan Kalman müasir tibb dünyasını heyrətə salan həyat hekayəsi ilə yenidən gündəmə gəlib. 1997-ci ildə vəfat edən bu qadının uzun ömrünün sirri illər sonra açıqlanıb. xəbər verir ki, 85 yaşına qədər qılıncoynatm

24 mart
.

Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?

Prezident İlham Əliyev Şamaxı rayonunda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşüb. Qaynarinfo xəbər verir ki, görüş zamanı dövlət başçısı Şamaxının ölkəmizin turizm mərkəzlərindən birinə çevrildiyini və bu işdə yolların əhəmiyyətini də vurğulayıb. "Şamaxı-Bak

23 mart
.

Sabah 23 dərəcə isti olacaq

Martın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9 isti, gündüz 12-1

23 mart
.

Üç övladı olan valideynləri SEVİNDİRƏCƏK XƏBƏR

Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir. Lakin statisti

22 mart
.

Ədviyyatın qurdlamaması üçün nə etməli?

Mətbəxlərin gizli qəhrəmanları olan ədviyyat üçün düzgün saxlama şəraiti həm ətirini itirməməsi, həm də qurdlamaması üçün böyük əhəmiyyət kəsb edir. xəbər verir ki, nəmli və isti mətbəx mühitlərində sürətlə çoxala bilən mətbəx güvələri və qurdlar, ən keyfiyyətli ədviyyatı belə qısa müddətdə istifadəy

25 mart
.

Qış geri QAYIDIR: Dolu düşəcək, qar yağacaq

Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcək. Şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi

22 mart
.

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi: "Novruzda qadın kimi geyinmək adəti yoxdur!" - VİDEO

Azərbaycanın ən qədim bayramlarından biri Novruz bayramıdır. Bu bayramın özünəməxsus adət-ənənələri var. Xalqımız bu adətləri hər il sevə-sevə yerinə yetirir. Keçəl, Kosa və Bahar qızı bu bayramın ayrılmaz hissəsidir. Baku TV-nin məlumatına görə, son illər bəzi fərqli Novruz ənənələrinə uyğun olmaya

23 mart
.

Heydər Əliyev Mərkəzi Pakistan bayrağının rəngləri ilə işıqlandırıldı

Heydər Əliyev Mərkəzinin binası üzərinə Pakistan bayrağı proyeksiya olunub. Qaynarinfo xəbər verir ki, proyeksiya 23 mart - Pakistan Günü münasibətilə edilib

23 mart
.

Azərbaycan Müdafiə Nazirliyindən PUA-larla bağlı XƏBƏRDARLIQ

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçirəcək. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. "2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00-da Azərbaycan Hərb

23 mart