Anası həmin körpədən imtina etdi (RƏSMİ)
"Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində evdə tək qalan körpə anaya qaytarılmayıb, hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək".
Sonxeber.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb..
Bildirilib ki, Tovuz rayonunda evdə tək qalan azyaşlı körpə ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ,Tovuz Rayon İcra Hakimiyyəti və DİN-nin rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb, körpənin həyat və sağlamlığı, təhlükəsizliyi üçün tədbirlərə başlanılıb.
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinə verilən sorğu əsasında körpənin ailəsi ilə bağlı məlumatlar əldə edilib. Məlum olub ki, Aygün Qədimova nikahdan kənar doğulan, evdə günlərdir tək saxlanılan 1 yaş 2 aylıq olan övladına sahib çıxmaq istəmir. Hazırda Tovuz Rayon Xəstəxanasında olan azyaşlı körpənin sağlamlığı ilə bağlı hər hansı bir təhlükə yoxdur. O bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək", - Komitənin məlumatında qeyd edilib.
Xatırladaq ki, Tovuz rayon Polis Şöbəsinə kənd ərazisində yerləşən mənzillərin birində valideyni tərəfindən tənha buraxılan azyaşlının olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları sözügedən ünvana gediblər və orada 1 yaş 2 aylıq oğlan uşağının olmasını aşkarlayıblar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3477 Tarix: 21 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?
Prezident İlham Əliyev Şamaxı rayonunda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşüb. Qaynarinfo xəbər verir ki, görüş zamanı dövlət başçısı Şamaxının ölkəmizin turizm mərkəzlərindən birinə çevrildiyini və bu işdə yolların əhəmiyyətini də vurğulayıb. "Şamaxı-Bak
23 martSabah 23 dərəcə isti olacaq
Martın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9 isti, gündüz 12-1
23 martÜç övladı olan valideynləri SEVİNDİRƏCƏK XƏBƏR
Azərbaycanda çoxuşaqlı ailələrə verilən sosial dəstəyin genişləndirilməsi ilə bağlı yeni təklif irəli sürülüb. Hazırda aylıq sosial müavinət əsasən altı və daha çox uşağı olan ailələrə ödənilir, pensiya ilə bağlı müəyyən güzəştlər isə beş və daha çox uşağı olan ailələrə şamil edilir. Lakin statisti
22 martƏdviyyatın qurdlamaması üçün nə etməli?
Mətbəxlərin gizli qəhrəmanları olan ədviyyat üçün düzgün saxlama şəraiti həm ətirini itirməməsi, həm də qurdlamaması üçün böyük əhəmiyyət kəsb edir. xəbər verir ki, nəmli və isti mətbəx mühitlərində sürətlə çoxala bilən mətbəx güvələri və qurdlar, ən keyfiyyətli ədviyyatı belə qısa müddətdə istifadəy
25 martQış geri QAYIDIR: Dolu düşəcək, qar yağacaq
Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcək. Şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi
22 martAzərbaycan Müdafiə Nazirliyindən PUA-larla bağlı XƏBƏRDARLIQ
Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində təlim-məşq uçuşları həyata keçirəcək. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. "2026-cı ilin hazırlıq planına uyğun olaraq martın 23-ü saat 16:00-da Azərbaycan Hərb
23 mart