Azərbaycan Ermənistanı sülh sazişi bağlamaq imkanını əldən verməməyə çağırıb
Azərbaycan Ermənistanı sülh sazişinin imzalanması prosesini sürətləndirməyə çağırıb və qeyd edib ki, bu imkan sonsuz mövcud olmayacaq.
Sonxeber.az "Perfil"ə istinadən xəbər verir ki, bu barədə Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov söyləyib.
"Ermənistanı razılaşmaya getməyə sövq edən amillərdən biri bu şansın yox ola biləcəyini dərk etməsidir. Bunu əldən vermək səhv olardı", – Əmirbəyov bildirib.
Onun sözlərinə görə, bu ay başa çatan danışıqlar münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması üçün yol açır. Lakin bunun üçün, Ermənistan öz konstitusiyasını dəyişdirməli, ərazi iddialarından imtina etməli və xarici qüvvələri sərhədyanı bölgələrdən çıxarmalıdır.
"Bu razılaşma son deyil, başlanğıcdır. Sülh yalnız bəyanatlarla deyil, konkret addımlarla qurulur", – Azərbaycan rəsmisi vurğulayıb.
"Perfil" xatırladıb ki, 2023-cü ildə Azərbaycan Qarabağ regionu üzərində tam nəzarəti geri qaytarıb, bu da sülh prosesinin başlanmasına gətirib çıxarıb. Lakin əldə edilmiş razılaşmalara baxmayaraq, ölkələr arasında gərginlik qalmaqdadır.
Argentina daxili işlər naziri Gilyermo Frankosla görüşü zamanı Elçin Əmirbəyov qeyd edib ki, məsələyə yalnız bir nöqteyi-nəzərdən baxmaq olmaz. Onun sözlərinə görə, xüsusilə Argentinanın Malvin adaları mübahisəsi kontekstində müdafiə etdiyi ərazi bütövlüyü prinsipi işığında Azərbaycanın mövqeyini nəzərə almaq vacibdir.
"Biz istəyirik ki, Argentina cəmiyyəti məsələ haqqında yalnız birtərəfli təsəvvürlə deyil, həm də Azərbaycan nöqteyi-nəzərini eşitsin", – o bildirib.
"Perfil"in qeyd etdiyi kimi, Azərbaycan öz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır, xüsusilə də Avropanın enerji sektorunda rolu və regionda dəyişən geosiyasi balans nəzərə alınmaqla.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3939 Tarix: 27 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr