Fırıldaqçıların YENİ OYUNU: "Bank kartını icarəyə ver, 5000 manat qazan"
"Bank kartını icarəyə ver, 5000 manat qazan" kimi elanlar artıq sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır.
Məlum məsələdir ki, heç kim qarşılıqsız pul verməz. Burada bir sual ortaya çıxır. Bank kartını icarəyə götürən şəxslər ondan hansı məqsədlər üçün istifadə edə bilərlər?
İT mütəxəssisi Əmrah Mövsümzadənin sözlərinə görə, insanların hesablarını başqalarına icarəyə vermələri onların şəxsi məlumatlarının kibercinayətlər zamanı istifadəsinə səbəb ola bilər:
"Tez-tez müşahidə olunur ki, vətəndaşların şəxsi informasiyaları təhlükəli proseslərdə istifadə edilir".
Hüquqşünas Hikmət Əliyev isə bildirib ki, əgər hər hansı şəxs bank kartını və ya ona bağlı olan mobil tətbiqi könüllülük əsasında başqa bir şəxsin istifadəsinə verirsə, burada hüquqazidd davranış yoxdur:
"Əgər həmin bank kartı vasitəsilə hər hansı cinayətin törədilməsi nəzərdə tutulub və vətəndaş bunu bildiyi halda kartını təqdim edibsə, onun da əməlində cinayət tərkibi var. İşin hallarından asılı olaraq kart sahibi cinayət məsuliyyətinə cəlb edilə bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1132 Tarix: 27 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyada Yusif Xəlilovun restoranı söküləcək
Rusiyanın 19-cu Apellyasiya Arbitraj Məhkəməsi Voronej şəhərində yerləşən "Yardi Superbar" restoranının sökülməsi haqqında qərarı təsdiqləyib. "Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə instansiyası Voronejdə "Alekseevski" bazarının həmsahibi, azərbaycanl
15 yanvarBakının yeddi rayonunda söküntü aparılacaq - Siyahı
"Bakı şəhəri, Yasamal, Binəqədi, Nərimanov, Xətai, Nəsimi, Sabunçu, Suraxanı rayonlarında qəzalı və istismar müddətini başa vuran binaların sökülməsi planlaşdırılır". -a istinadən xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. O bildiri
14 yanvarİnsanlar niyə rayondan Bakıya üz tutur? - AÇIQLAMA
Son illər Azərbaycanda daxili miqrasiyanın ən güclü istiqaməti rayonlardan Bakıya doğru gedir. Demək olar ki, hər ailənin ya paytaxtda yaşayan, ya da ora getmək istəyən bir üzvü var. Bu axın təkcə iqtisadi səbəblərlə izah olunmur. İnsanların Bakıya can atmasının arxasında daha dərin - psixoloji, sosia
15 yanvarPensiya yaşı azaldılacaq? - DSMF-nin sədri
Azərbaycanda pensiya yaşının azaldılması müzakirə mövzusu deyil. xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bildirib. "Bu mövzu mətbuatda çıxır, biz də həmin informasiyalarla tanışıq, lakin bu il nazirliyin aparacağ
15 yanvarMəktəb direktoru Ziyatay Zeynalov qəza törətdi: Xəsarət alan var
Ötən gün Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 13-ü saat 19:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. "On
14 yanvar"MS FRUİT GROUP" bağlandı - Şirkətin milyonlarla borcu var
Azərbaycanda milyonlarla borcu olan "MS FRUİT GROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırıb. Qaynarinfo-nun məlumatına görə, 2020.09.09-cu ildə yaradılan MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3419820.9 AZN vergi borc
15 yanvar