Azərbaycanda film kimi cinayət: Quzu qarşılığında 2 qadınla görüş və müəmmalı yoxa çıxan əşyalar
Biləsuvarda film kimi cinayət hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisənin əsas qəhrəmanı 50 yaşlı fermer Tacəddin Əliyev və onun görüşə çağırdığı iki qadındır.
Tacəddin uzun illər kənd təsərrüfatı ilə məşğul olub, fermasında iri və xırdabuynuzlu heyvanlar saxlayıb. Lakin yaz günlərinin birində baş verən hadisə onun həyatını tamamilə dəyişib.
Quzu qarşılığında görüş və müəmmalı yoxa çıxan əşyalar
Hadisədən əvvəl Tacəddin yaxın rayonlardan olan iki qadını fermaya çağırıb. Aygün və Səbinə (adlar dəyişdirilib - red.) hərəsi bir quzu qarşılığında görüşə razılaşıblar.
Görüş günü fermanın həyətində açıq havada içki məclisi qurulub. Lakin qısa müddət sonra Səbinə çantasındakı boyunbağı və digər qiymətli əşyalarının yoxa çıxdığını deyib. Bu məsələ mübahisəyə səbəb olub.
İstintaq materiallarında yazılır ki, Tacəddin əsəbiləşərək qadınlara müxtəlif nahiyələrindən zərbələr endirib, yüngül xəsarət yetirib.
Baş verənlərə görə Aygünlə Səbinə fermanı tərk etmək istəsələr də, Tacəddin buna imkan verməyib. O, qadınların ikisini də fermaya salaraq qapını bağlayıb. Qaçmalarının qarşısını almaq üçün isə itlərdən silah kimi istifadə edib, onları zəncirdən azad edərək fermanın ətrafına buraxıb.
Bu hərəkəti ilə Tacəddin iki nəfəri qanunsuz azadlıqdan məhrum etmə cinayətini törətmiş olub.
İtlərin dövrəyə aldığı zərərçəkmişlərdən birinin özündə saxlaya bildiyi telefonu onları xilas edib. Bir neçə saat sonra polis köməyə gəlib.
Tacəddin məhkəmədə baş verənləri təsdiq etsə də, qadınları qanunsuz azadlıqdan məhrum etməsi ittihamı ilə razılaşmayıb. Deyib ki, qadınlar özlərini ora-bura vuraraq qəsdən yüngül xəsarət alıblar. Heç birini də fermaya salıb ağızlarını qıfılla bağlamayıb. Əgər belə fikri olsa idi, telefonlarını da əllərindən almış olardı.
Zərərçəkmiş şəxslər məhkəmədə baş verənləri ətraflı danışıblar. Etiraf ediblər ki, iki quzu qarşılığında fermaya gediblər. Sonra yaşananlar isə ittihamda deyildiyi kimidir.
Biləsuvar Rayon Məhkəməsi fermeri iki nəfəri qanunsuz azadlıqdan məhrum etməkdə təqsirli bilib.
Hökmə əsasən, Tacəddinə azyaşlı uşaqlarına görə güzəşt tətbiq edilməklə 3 il həbs cəzası verilib. Hökm apellyasiya məhkəməsi tərəfindən də təsdiqlənib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 3045 Tarix: 27 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Zəlzələ zamanı jurnalistlərin işi tərk etməməsi təqdir edildi - VİDEO
Türkiyənin Şanlıurfa şəhərinin Karaköprü rayonunda 5,4 bal gücündə zəlzələ baş verib. xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin ocağı təxminən 7,4 kilometr dərinlikdə yerləşib. Təkanları hiss edən bəzi sakinlər təhlükəsizlik məqsədilə ev və iş yerlərindən çıxaraq açıq ərazilərə üz tutublar
24 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrUşaqlıqdan tanış olan iki qadın illər sonra bacı olduqlarını öyrəndi
Hindistanın Mumbay şəhərindəki iki fərqli uşaq evindən 1980-ci illərin əvvəllərində övladlığa götürülən Meena Geltink və Minal Tijssen illər sonra Hollandiyada bir-birlərinin doğma bacısı olduqlarını öyrəniblər. xarici mediaya istinadla xəbər verir ki, hazırda 43 və 44 yaşlarında olan qadınlar yeniyetməli
24 sentyabrİtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO
Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki
15 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabrHAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətl
20 sentyabrBakıda partlayış: Yeni ailə həyatı quran gənclər xəsarət aldılar
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib. xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Soltan Əflatun oğlu Rəhimov və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məhrəngiz Seymur qızı Məmmədova xəsarət alıblar. İlkin məlumata görə, partlayış evi
22 sentyabrAvtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO
Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya
21 sentyabr