Dövlətə xəyanətdə təqsirləndirilən Rəsulovlara hökm oxundu
Dövlətə xəyanətdə təqsirləndirilən Arif Rəsulov və Elnur Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sonxeber.az APA -ya istinadənxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, hər iki şəxs cinayət işi üzrə təqsirli bilinib və 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
Xatırladaq ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, 2022-ci ilin ilin noyabrında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib.
Araşdırma ilə müəyyən edilib ki, Rəsulov Elnur Akif oğlu 2018-ci ildə müalicə məqsədilə İranda olarkən orada özünü "Meyse" və "Doktor" adları altında təqdim edən bu ölkənin xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlıq barədə sövdələşib. Elnur Rəsulov əvvəlcə bilavasitə, daha sonra məxfi əməkdaşlığa cəlb etdiyi qohumu Rəsulov Arif Əmrah oğlu ilə birlikdə müxtəlif məbləğlərdə ödəniş qarşılığında verilən tapşırıqları icra edərək Bakı şəhəri Qaradağ rayonunda neft və qaz boru kəmərlərinin keçdiyi ərazilərin, hava limanlarında saxlanılan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinə aid pilotsuz uçuş aparatlarının, tankların və müxtəlif hərbi avadanlıqların olduğu ərazinin, Bakı şəhərində "Texnofest" Aviasiya, Kosmik və Texnologiya festivalında nümayiş etdirilmiş texnikaların, Bakıda, həmçinin Salyan və Füzuli rayonlarında yerləşən strateji və hərbi obyektlərin, zenit-raket komplekslərinin, eləcə də digər radar-nəzarət qurğularının fotoşəkillərini və videoçəkilişlərini vatsap ani mesajlaşma sistemi vasitəsilə xüsusi xidmət orqanının nümayəndəsinə göndərib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1235 Tarix: 28 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v
24 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrTamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir
Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela
23 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabr"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabr