64 yaşlı şəxs özünü dövlət qurumunun işçisi kimi təqdim etdi: 85 min manatlıq dələduzluq
64 yaşlı şəxs bu dəfə 85 min manatlıq dələduzluğa görə hakim qarşısına çıxarılıb. O, daha əvvəl də külli miqdarda dələduzluqda ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə olduğu zaman daha bir cinayət əməli üzə çıxıb.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, 64 yaşlı Şahlar Allahverdiyev "Art Dizayn" MMC-nin direktoru olub. Allahverdiyev özünü Əmlak Məsələləri Dövlət Xidmətinin üzvü kimi təqdim edib. İş adamlarından obyekt tikintiləri üçün lazmı sənədləri hazırlamaq, rəsmi qurumlardan icazə almaq adı ilə külli miqdarda pul alıb.
2024-cü ildə onun barəsində 6 il azadlıqdan məhrum etmə cəzası təyin edilib. Həmin işdə ümumi zərər 300 min manata yaxın olub. O, bəzi zərərçəkmişlərlə barışsa da, digərlərinin pulunu ödəməyib.
Allahverdiyev həbsdə olan zaman ondan daha bir iş adamı şikayətçi olub. Bu dəfə Elşad adlı iş adamına qarşı 85 min manatlıq dələduzluq edib. Belə ki, yanacaqdoldurma məntəqələri olan Elşad adlı iş adamı Astarada yeni yanacaqdoldurma məntəqəsi tikmək istəyib. Buna görə yol kənarında olan torpaq sahəsinin təyinatının dəyişdirilməsi və layihənin hazırlanması üçün Allahverdiyevə hissə-hissə olmaqla 85 min manat pul verib.
Allahverdiyev deyib ki, aldığı pulun 65 min manata yaxınını layihə üçün xərcləyib. O, iş alınmadığı üçün Elşadın ondan şikayət etdiyini deyib.
Zərərçəkmiş şəxs pulunu ala bilmədiyi üçün Allahverdiyevdən şikayətçi olduğunu, ona ağır cəza verilməsini istəyib.
Məhkəmənin hökmü ilə Allahverdiyev 6 il azadlıqdan məhrum edilib. Onun indiki cəzası əvvəlki 6 illik həbs cəzası ilə birləşdirilib və ümumi olaraq 8 il azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1138 Tarix: 31 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabrBakı-Sumqayıt yolunda TIR avtomobilin üzərinə aşdı - VİDEO
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə yolun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan TIR minik avtomobilin üzərinə aşıb. Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir. Hadis
23 sentyabrBoşanma mərhələsində olan cütlük evlərində ölü tapıldı - VİDEO
Türkiyənin Karaman şəhərində övladlarının uzun müddət xəbər ala bilmədiyi boşanma mərhələsində olan cütlük evlərində ölü tapılıb. Hadisə zamanı mənzildə "Evdə sianid var, içəri girməyin" yazılmış qeyd və müxtəlif kimyəvi maddələr aşkarlanıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Zembill
24 sentyabrÖtən gün axtarışda olan 159 nəfər saxlanılıb
Ötən gün axtarışda olduğuna görə ümumilikdə 159 nəfər saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, o cümlədən borclu şəxs qismində axtarışda olan 138 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Polis əməkdaşlarının sentyabrın 18-də keçirdiklər
19 sentyabrCinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb
Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 45 nəfər ötən gün saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Poli
13 sentyabrSabirabadda bir ailə qəzaya düşdü
Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə rayonun Qəfərli kəndi ərazisində baş verib. Rayon sakini, 1988-ci il təvəllüdlü Yusif Rasim oğlu Fərzəliyev "Nissan" markalı avtomobil yolun kənarına aşırıb. Hadisə nəticəsində sürücü və həyat yoldaşı, 199-c
21 sentyabrYanan maşından ata və oğlu son anda xilas edildilər - ANBAAN VİDEO
Bu gün saat 09:30-da Bakı-Şamaxı yolunun 93-cü kilometrliyində xidmət aparan Yol Patrul Xidməti Alayının II taqımının əməkdaşları hərəkətdə olan "Ford" markalı avtomobildə tüstüləmə müşahidə edib. xəbər verir ki, stasionar postda saxlanılan avtomobildə yanğın başladığından, dərhal sürücü Kəna
23 sentyabr77 yaşlı kişi supermarketdə döyülərək öldürülüb
ABŞ-ın Virciniya ştatının Norfolk şəhərində supermarketdə baş verən mübahisə 77 yaşlı Bert Atienzanın ölümü ilə nəticələnib. xarici mediaya istinadla xəbər verir ki, hadisənin 17 yaşlı qadın işçinin Atienzanın həyat yoldaşına alış-veriş arabası ilə az qala çırpılması ilə başladığı bildirilir. Mübahisədə
21 sentyabr