"Məsud Pezeşkianın Bakıya səfərindən sonra İran və Azərbaycan münasibətlərində müsbət irəliləyiş olacaq" - AÇIQLAMA
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, səfərin bu ay baş tutması nəzərdə tutulub.
Bəs görəsən bu səfərdən iki ölkənin gələcək münasibətləri ilə bağlı hansı gözləntilər var?
Mövzu ilə bağlı politoloq Tural İsmayılov Sonxeber.az -a açıqlama verib:
"İran prezidenti Məsud Pezeşkian seçildikdən sonra Azərbaycana səfər edəcəkdi. Onun İranda yaşayan Güney Azərbaycanlı soydaşlarımız barədə müəyyən gözləntiləri var idi. Hər bir halda son dövrlər Azərbaycan və İran arasında müsbət dinamika hiss edilir. Yüksək rütbəli iran rəsmilərinin ölkəmizə səfəri, sonuncu olaraq iran prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin Bakıya gəlməsi iki ölkə arasındakı münasibətlərin bundan sonra da müəyyən dinamika üzrə müsbətə doğru irəliləmək imkanlarını özündə əks etdirir. Hər bir halda Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə münasibətlərinin gələcəyi baxımından vacibdir. Son olaraq həm Novruz, həm də Ramazan bayramında iki ölkənin prezidentləri arasında dialoqlar olub, ünsiyyət qurulub. Bu baxımdan, Azərbaycan və İran münasibətlərinin inkişafı üçün Məsud Pezeşkianın ölkəmizə səfərinin mühim olduğunu düşünürəm. Pezeşkianın Bakıya səfərindən sonra Azərbaycan və İran münasibətlərində müsbət irəliləyiş olacağını düşünürəm".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1653 Tarix: 01 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca
20 sentyabrŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrPrezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabr