"Atasız qızların qeyrətinə söz demək sənin başın üçün deyil"
Xəbər verdiyimiz kimi, "Kanal S"in aparıcısı Nigar Fərhad açıqlaması ilə gündəm olub.
Axşam.az-ın məlumatına görə, onun efirdə dediyi "Mən oğluma atası olmayan qızı ala bilmərəm" fikri birmənalı qarşılanmayıb. N.Fərhadın fikri sosial şəbəkələrdə sərt tənqid edilib. Bir çox məşhur paylaşım edərək Nigara sərt reaksiya verib.
Aktrisa Zümrüd Qasımova Nigarın sözlərini paylaşaraq "Bu nə danışıqdır? Bu nə düşüncədir? Bu xanım nə danışır görəsən? Vay" sözlərini yazıb.
Hazırda ABŞ-də yaşayan aparıcı Günel Hümbətova "Hər yoldan keçəni efirə çıxardanda axırı belə olur! Atasız qızların qeyrətinə söz demək sənin kimi intellektsiz hüceyrələrin başı üçün deyil ha!! Kanalizasiya olub efir! Bu dərəcədə də yox" sözləri ilə əsəbini ifadə edib.
"Avroviziya 2011" qalibi Eldar Qasımov paylaşımında "Qızlar var, atasız böyüyürlər – savadlı, əxlaqlı, tərbiyəli. Qızlar da var, atalı böyüyürlər, amma ağızlarının danışığını bilmirlər. Öz heç 3, 5 qəpiklik olmayan fikirlərini sırtıqcasına hamıya yeritmək istəyirlər.
Problem tək o adamda deyil, məsələ daha dərindir (yüksəkdir). Görəsən, nə baş verməlidir? Daha neçə insan bədbəxt olmalıdır ki, nəsə dəyişsin? İyrəndim. Yenə də" sözlərini yazıb.
Müğənni Mehin Hümbətova "Bu gün yenə başqasının yerinə utandıq. Ağız danışmaq, beyin isə düşünmək üçündür. Doğru istifadə olunmayanda, bugünkü mənzərə ortaya çıxır.
Audiovizual Şura müğənnilərin yubkasının uzunluğunu ölçmək əvəzinə, ağzına gələni danışan, lakin sponsoru olduğu üçün TV-yə buraxılan aparıcıları efirlərdən təmizləsə, daha yerinə düşər" deyə, reaksiya verib.
Aktrisa Şəhanə Yusifova isə "Belə verilişlər niyə var" deyərək, proqrama etiraz edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1503 Tarix: 01 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabr