Tarix və Etnologiya İnstitutu 2 il ərzində texniki avadanlıqlara nə qədər vəsait xərcləyib? - ARAŞDIRMA

Tarix və Etnologiya İnstitutu 2 il ərzində texniki avadanlıqlara nə qədər vəsait xərcləyib? - ARAŞDIRMAAbbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu 2022-ci ildən 2024-cü ilədək müxtəlif lotlat üzrə 258.582 manatlıq satınalma keçirib.

Qlobal.az xəbər verir ki, bu satınalmalarda texniki avadanlıqların alınması ilə bağlıdır.

11 komputer, 1 diktafon...

İnstitut 2024-cü ilin iyul ayının 18-də "maşın və avadanlıqlar" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 26.671 manat, qalibi isə "Az Systems" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

İnstitutla MMC arasında bağlanmış satınalma müqaviləsinə görə qalib elan edilən təşkilat sifarişçiyə 1 ədəd noutbuk, 10 ədəd masaüstü komputer, 16 ədəd kondisioner, 1 ədəd fotoaparat, 1 ədəd diktafon, 1 ədəd yaddaş kartı almalıdır.

Yenə komputer, yenə diktafon...

İlginc məqamlardan biri budur ki, İnstitut oxşar lotu üzrə satınalmanı 2023-cü ilin noyabr ayının 1-də də keçirib.

Bu satınalmada qalib əlbəttə, yenə də İnstituta yad olmayan "Az Systems" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Bu satınalmanın məbləği 13.326 manat edib.

Bu satınalma müqaviləsinə görə isə MMC İnstituta 6 ədəd masaüstü komputer, 1 ədəd fotoaparat, 1 ədəd diktafon, 1 ədəd ledişıqlandırıcı almalıdır.

Bu son deyil...

İnstitutut "maşın və avadanlıqların alınması" lotu üzrə daha bir satınalmanı 2023-cü ilin iyul ayının 17-də keçirib. Düzdür bu dəfə İnstitut başqa şirkəti qalib elan edib - Unisell MMC.

Satınalmanın smetası 16.995 manat təşkil edib.

Müqaviləyə görə MMC İnstituta 14 ədəd masaüstü komputer, 130 metr şəbəkə kabeli, 2 ədəd xarici yaddaş qurğusu, 1 ədəd prezentasiya pultu, 1 ədəd yaddaş kartı alıb.

İnstitutun komputerləşmə siyasəti

Unisell şirkəti ilə İnstitutun işbirliyi bununla bitmir. Belə ki, İnstitutla Unisell şirkətinin işbirliyi Kərim Şükürovun İnstituta rəhbərliyə başladığı zamandan qısa müddət sonra - 2022-ci ilin iyul ayının 1-də baş tutub.

Bu satınalmanın məbləği 36.898 manat təşkil edib.

Müqaviləyə görə 10 ədəd noutbuk, 8 ədəd masaüstü komputer, 10 ədəd müxtəlif printerlər, 1 ədəd televizor, 1 ədəd videokamera, 4 ədəd diktafon, 1 ədəd səsgücləndirici, 8 ədəd qulaqcıq, 1 ədəd rəqəmsal diktafon alınıb.

Alınan malların-avadanlıqların hansı model, ölkə və buraxılış ilinə aid olması barədə açıq internet resurslarında məlumat yoxdur.

Qlobal.az məsələ ilə bağlı Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutundan mövqe öyrənib.

İnstitutun açıqlamasında "İnstitutun kotirovka sorğuları üzrə qalib şirkətlər ilə əməkdaşlığı qanunvericiliyin tələblərinə uyğun həyata keçrilmişdir"-deyə qeyd edilir.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Hesablama Palatasından da mövqe öyrəndik.

Hesablama Palatası 2022-2024-cü illərdə Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda audit həyata keçirilmədiyini bildirdi.

Qeyd edək ki, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu 1935-ci ildə yaradılıb.

İnstitutun direktoru professor Kərim şükürovdur.
Tarix və Etnologiya İnstitutu 2 il ərzində texniki avadanlıqlara nə qədər vəsait xərcləyib? - ARAŞDIRMA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 758   Tarix: 02 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr