Bu şirkət vətəndaşın evini icazəsiz dağıdıbmış - "Prorab" cəzalandırıldı

Bu şirkət vətəndaşın evini icazəsiz dağıdıbmış - "Prorab" cəzalandırıldı"Pilot-16"nın iş icraçısı vətəndaşın evini icazəsiz sökdüyü üçün cəzalandırılıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi araşdırma sonrası belə hökm çıxarıb.

66 yaşlı Əlisahib Əzizov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkə özgə əmlakını qəsdən məhv etməkdə təqsirli bilinib.

İş materiallarında yazılıb ki, təqsirləndirilən şəxs "Pilot-16" MMC-də iş icraçısı vəzifəsində işləyərkən heç bir rəsmi sənəd olmadan vətəndaş Məhbubə Quliyevaya məxsus 68 kvadratmetr evi və həyətdəki hamam-tualeti sökdürüb. Ağır texnika vasitəsilə söküntü aparılan zaman xoşbəxtlikdən evdə heç kim olmayıb.

Söküntü zamanı evdəki kondisioner, soyuducu, televizor və başqa əşyalar da sıradan çıxıb. Ekspertiza nəticəsində zərərçəkmişə ümumilikdə 61 min manat zərər dəydiyi təsdiq edilib.

Barəsində həbslə bağlı olmayan qətimkan tədbri seçilmiş "prorab" məhkəmədə özünü təqsirli bilməyib. İfadəsində deyib ki, Novruzov qardaşları küçəsində "Pilot-16" MMC tərəfindən alınan evlərin söküntüsü aparılarkən iki evin boş və dağıntı halında olduğunu görüb. Bu səbəbdən ekskavator sürənə göstəriş verib ki, həmin evləri söksün. Bir ev tam sökülüb. Hazırki zərərçəkmişin evinin söküntüsü yeni başlayan vaxt ona rəsmi icazələri olmadığı barədə məlumat veriblər. Bundan sonra söküntü dərhal dayandırılıb. Şirkətin hüquqşünası Nicat onunla əlaqə saxlayaraq həmin evin söküntüsünə razılıq olmadığını bir daha təsdiq edib. Təqsirləndirilən şəxs Nicatın iş başlamamışdan əvvəl hansı evin sökülüb, hansının qalacağını demədiyini də etiraf edib.

O, son sözündə məhkəmədən bəraət istəyib. Amma maraqlıdır ki, Ə.Əzizov vətəndaşa dəymiş 61 min manatlıq ziyanı tam ödəyib. Vəsait Baş Prokurorluğun depozit hesabına oturulub. Pulun onun əvəzinə "Pilot-16" MMC tərəfindən ödənilib-ödənilmədiyi açıqlanmayıb.

Məhkəmə ziyanın tam ödənilməsini nəzərə alaraq, müttəhimi həbsə göndərməyib. Ona 4 il müddətinə şərti cəza verilib.

Hazırda hökmdən apellyasiya şikayəti verilib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Qeyd edək ki, bu yaxınlarda da bənzər hadisə baş verib. Bir vətəndaşın evi "Melissa Group" tikinti şirkəti tərəfindən ailə evin içində ola-ola sökülüb. Bu səbəbdən şirkətin rəhbəri Qalib Məmmədov həbs edilib.

Məlumat üçün bildirək ki, ötən il saytımıza Nəsimi rayonunda adıçəkilən şirkət tərəfindən qanunsuz söküntü işləri aparılması haqda vətəndaş şikayəti daxil olmuşdu. Bundan başqa, "Pilot-16" MMC-nin adı müxtəlif tikinti qalmaqallarında, eyni zamanda obyektlərin söküntüsü işlərində də hallanıb.

Mediada "Pilot-16" MMC-nin sabiq deputat Əsabil Qasımova aid olduğu deyilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 974   Tarix: 02 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr