"Aprel döyüşləri tariximizə böyük Zəfərin başlanğıcı kimi həkk olunub" - DEPUTAT

"Aprel döyüşləri tariximizə böyük Zəfərin başlanğıcı kimi həkk olunub" - DEPUTAT"Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan tarixi Aprel döyüşlərin başlanmasından 9 il ötür".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Aprel döyüşlərindəki əldə edilən nailiyyətlər xalqımızda tezliklə ərazi bütövlüyünün bərpa edilməsi inamını daha da artırdı:

"Aprel döyüşləri Azərbaycan xalqının birliyinin və qələbəyə inam hissinin rəmzi oldu. Düşməni və onun havadarlarını qoruxuya salan Aprel döyüşlərində əldə etdiyi qələbə ilə Azərbaycan bütün dünyaya tezliklə ədaləti bərpa edəcəyini məsajını verdi.Ən önəmlisi ilə Aprel döyüşləri ordumuzun müasir silah və texnika ilə tam təmin olunmasını və hərbiçilərimizin gücünü və peşəkarlığını nümayiş etdirdi. Ermənistan silahlı qüvvələri 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqelərini və yaşayış məntəqələri intensiv artilleriya atəşinə tutması nəticəsində ordumuz əks-həmlə ilə düşməmin təxribatların qarşısını aldı. Aprel döyüşlərində ordumuz tək düşmənin intensiv təxribatlarının qarşısını almadı, həm də Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bir sıra mövqeləri düşməndən azad etdi. Hərbiçilərimizin igidliyi sayəsində mənfur qonşularımızın öz orduları haqqında yaratdıqları mif alt-üst edildi. Azərbaycan Ordusunun şücaəti qarşısında düşmən öz planlarını reallaşdıra bilmədi. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat orqanları tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Ordusu irəlilədi. Azərbaycan bayrağı Lələtəpə yüksəkliyində asıldı.Üçrəngli bayrağımızın Lələtəpə yüksəkliyində dalğalanması doğma Qarabağın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını göstərdi. Bir sözlə Aprel döyüşləri böyük Zəfərin başlanğıcı kimi tariximizə yazıldı".

Deputat vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızı işğalçılardan təmizləyərək ərazi bütövlüyümüzü bərpa etdi:

"Tarixi ədalət bərpa olundu və tarixi torpaqlarımız əsl sahiblərinə geri qaytarıldı. 44 günlük Vətən müharibəsindən sonra bölgəmizdə yeni reallıq yarandı.Biz düşməni torpaqlarımızdan qovaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini öz gücümüzə yerinə yetirdik. Bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Növbəti hədəfimiz qərbi azərbaycanlıların təhlükəsiz şəkildə öz doğma yurdlarına qayıtmasıdır. Əminəm ki, tezliklə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu hədəfimizə nail olacağıq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 910   Tarix: 02 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr