"Azərbaycanla Ermənistan arasında toqquşma ehtimalı yüksəkdir" - AÇIQLAMA
"Azərbaycanla Ermənistan arasındakı siyasi gərginlik, hərbi gərginliklə nəticələnəcək" - bunu Sonxeber.az -a açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirib:
"Son dönəmlər Ermənistanda müxalifət və iqtidar arasında çaxnaşma müşayiət olunur. Müxalif qruplar yenidən müharibə etmək arzusundadırlar. Hətta bəzi partiya sədrləri Ermənistanın 100 minlik ordu yaratmalı olduğunu qeyd edirlər. Təbii ki, bunların hamısı müharibə ritorikasıdır. Azərbaycan tərəfinin sülhlə bağlı müəyyən şərtləri var. O şərtlərə əməl edilməlidir. Hər iki ölkə hərbi büdcəsini kifayət qədər artırıb. Belə ki, ölkəmizin hazırda rekord səviyyədə hərbi büdcəsi var. Ermənistan da həmçinin öz hərbi büdcəsini iki dəfə artırıb. Qarşı tərəf silahlanır, Azərbaycan da adekvat addımlar atır. Ümumi olaraq regionda və qlobal aləmdə baş verən hadisələr onu göstərir ki, sülh üçün bir qədər tezdir. Bu regionun təsir dairəsində olan bəzi dövlətlər sülhə maraqlı deyillər. Onlar istəyirlər ki, vəziyyət ya stabil qalsın, ya da gərginlik olsun. Hazırda görünən odur ki, iki ölkə arasında müharibə olmasa da, daha çox toqquşmaların olmasında maraqlı qüvvələr var. Bu qüvvələrin başında isə daha çox Rusiyanın olduğu görünür. Hər iki tərəfdə atəşkas mütəmmadi olaraq pozulur, tərəflər bir-birini ittiham edir. Əgər proses bu formada davam edərsə, bu siyasi gərginliyin sonu hərbi gərginliklə nəticələnəcək. Regionda böyük bir müharibənin olacağı inandırıcı deyil. Çünki, böyük müharibə üçün böyük iqtisadiyyat lazımdır. Uzunmüddətli müharibəyə nə Azərbaycanın, nə də Ermənistanın gücü çatmaz. Amma əgər proseslər belə davam edərsə, qısamüddətli toqquşmalar və ya əməliyyatlar baş tuta bilər. Ermənistan tərəfinin təxribatları artarsa, Azərbaycan tərəfi buna cavab olaraq sülhə məcburetmə əməliyyatı həyata keçirə bilər. Düzdür, bütün bunlar versiyalardır. Lakin, toqquşma ehtimalı yüksəkdir"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?