"Ayıq sürücü" buzovnalıları təhqir edib? - Rejissordan açıqlama
Rejissor Elvin Rüstəmzadənin "Ayıq sürücü" qısametrajlı filmi etirazlara səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən Buzovna sakinləri filmdə onların təhqir edildiyini bildiriblər.
Səslənən iddialara münasibət bildirən rejissor Elvin Rüstəmzadə Bakuplus.az-a bildirib ki, filmdəki personajlar buzovnalı deyillər:
"Maşındakı aktyorların ləhçələrindən də bilinir ki, ümumiyyətlə bu obrazlar Bakılı deyillər. Filmdə " Xala Buzovnada qalır" deyilir. Vəssalam. Başa düşmədim, qala bilməz Buzovnada? Bəyəm Buzovnada ancaq buzovnalılar yaşayır? Xeyir, əlbəttə. Hər kəs bilir ki, orda olan villaların bəzilərini Buzovnadan olmayan şəxslər ya satın alıblar, ya da kirayə qalırlar. O villalarda yaxşı adamlar da yaşayır, pis adamlar da. Bir sözlə, Buzovna deyiləndə ağıla ancaq buzovnalılar gəlməməlidir. Axı hər yerin pisi də var, yaxşısı da. Bunu unutmaq olmaz. Təkrar edirəm, filmdə heç kim buzovnalı deyil, ümumiyyətlə bakılı deyil. Filmdə kimin haralı olmağına dair heç bir söz deyilmir. İndi keçək digər məsələyə. Fakt budur ki, filmdə heç kim təhqir edilmir. Belə olmadığı halda səhifələrdə paylaşım edilib, bilib-bilmədən rəylərdə bizi söyürlər. Bu söyüşlər nə dərəcə doğrudur? Axı biz heç kimi söyməmişik. O söyənlərdən bir-ikisi ilə üzləşsək və bu sual versək "biz filmdə səni söymüşük?", deyəcək yox. Onda biz sual verəcəyik "bəs sən bizi niyə söyürdün?" Belə olan halda, düşünürəm, vəziyyət daha da qəlizləşəcək. O söyüş söyənlər bu barədə ətraflı düşünsünlər. Çünki Bakı balacadır. Son olaraq deyirəm ki, ölkənin bütün bölgələrinə, insanlarına, kənd və rayonlarına sonsuz hörmətimiz var! Xahiş edirəm, kimlərinsə provokasiyasına getməyin. Hamımız azərbaycanlıyıq!"
Qeyd edək ki, Elvin Rüstəmzadə məşhur "Vətəndaş-A" serialının da rejissorudur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1094 Tarix: 02 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə
24 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabrHərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabr