"İstənilən istiqamətdən baxdıqda görürük ki, Azərbaycan daha güclüdür" - AÇIQLAMA
"İstənilən ölkə, qonşu dövlətlərlə hansısa konfrantatsiya dövrünü yaşayırsa və zamanla həmin dövlətdə millitarist biz bir əhval-ruhiyyənin baş qaldırdığının şahidi oluruqsa, silahlanma intensiv bir xarakter alırsa, həmin ölkənin ərazisində başqa bir dövlətin silahlı qüvvələri hər hansı bir formada təlimlər keçirirlərsə, müəyyən məsləhətlər verirlərsə, bu həm də sözügedən ölkənin silahlı qüvvələrinin hansısa hərbi əməliyyatlara hazırlığı kimi də dəyərləndirilə bilir. Təbii ki, sadaladığım bütün bu məsələlər xüsusilə Ermənistanda gözə çarpmaqdadır. Ələxsus da son aylarda biz bu əhval-ruhiyyəni kifayət qədər yüksək olduğunu görürük. Məhz millitarist əhval-ruhiyyəni nəzərdə tuturam. Eyni zamanda burada revanşist cəhdlər də var. Çünki, bir tərəfdən hərbi təlimlər keçirilir və sözügedən təlimlər Azərbaycanın sərhədlərinə yaxın ərazilərdə baş tutur. Yəni, bu o deməkdir ki, artıq həmin iki dövlət arasında şərti sərhəddə hansısa hərbi təxribatların baş verməsi üçün çox əlverişli, münbit vəziyyət yaranmış olur. İstənilən halda bu tip təlimlər regionda vəziyyətin çox gərgin müstəviyə daxil olmasına gətirib çıxarda bilən bir haldır".
Bunu Sonxeber.az-a deputat Azər Allahverənov danışıb.
O, açıqlamasında qeyd edib ki, Erməinstan hərbi təlimlər dili ilə danışmaqdan nə qədər çox uzaq durarsa bu addımları daha çox sülhə xidmət etmiş olacaq:
"Əgər iki dövlət arasında sülh prosesi ilə bağlı çox ciddi addımlar atılmaqdadırsa, bunların biri dövlətlər arasında sülh razılaşmasını təmin edəcək bir çərçivə sənədinin qəbul olunması məsələsi var. Bunların hamısı sülhə xidmət edən məsələlərdir. Görsənən budur ki, Ermənistanın siyasi rəhbərliyi bir tərəfdən guya ki, "sülh göyərçini" olduğunu isbata yetirməyə çalışır, amma digər tərəfədən də bu tip addımlara rəvac verir. Bu da da qeyd etdiyim kimi sonrakı mərhələdə hərbi təxribatlar yol açmış olur. Amma, düşünmürəm ki, Ermənistan tərəfi o qədər də başını itirməyib ki, hərbi təlimlərin davamı olaraq Azərbaycana qarşı hərbi əməliyyatlara başlamış olsun. Çünki, ən azından bilir ki, işğalda olan ərazilərini azad etmiş Azərbaycanın silahlı qüvvələri heç bir aspektdə belə Ermənistanın silahlı qüvvələri ilə müqayisə olunacaq dərcədə güclüdür. İstənilən istiqamətdən baxdıqda baxdıqda görürük ki, Azərbaycan daha güclüdür. Erməinstan hərbi təlimlər dili ilə danışmaqdan nə qədər çox uzaq durarsa bu addımları daha çox sülhə xidmət etmiş olar. Amma biz bu gün görürük ki, məhz bu ritorika yenə də müəyyən dairələr tərəfindən dəstəklənir və bu da erməni cəmiyyətində rəğbətlə qarşılanır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?