Qalmaqallı aparıcının rəhbərlik etdiyi şirkət vətəndaşın pulunu qaytarmaq istəmir

Qalmaqallı aparıcının rəhbərlik etdiyi şirkət vətəndaşın pulunu qaytarmaq istəmirLənkəran rayon sakini Rzayev Zaur Camal oğlu "AID Language Center" Məhdud Məsuliyyətli Cəmiyyətindən şikayətçidir.

AzToday.org xəbər verir ki, Z.Rzayev şikayətində 2024-cü ilin may ayında "AID Language Center" MMC ilə müqavilə bağladığını, lakin sonradan qarşı tərəfin müəyyən bəhanələr gətirirək öhdəliyini pozduğunu yazır:

"2024-cü ilin may ayının 2-də "AID Language Center" MMC şirkəti ilə müqavilə bağladım. Müqavilə bağlamaqda məqsədim övladımın müalicəsi üçün xaricə getmək idi. Şirkət bu məsələdə bizə yardımçı olacağını bildirmişdi. Şirkətlə müqavilə imzalanan ərəfəsində özümün və həyat yoldaşımın xarici dil biliyinin olmadığı bildirdim. Şirkət bu məsələdə narahat olmamağımızı deyərək bizə xarici dil kursunda tələb olunan səviyyəyə çatdıracağına söz verdi".

Şikayətçi vətəndaş müqavilədə nəzərdə tutulan məbləğin yarıdan çoxunu ödədiyini bildirir:

"AID Language Center" MMC-yə müqavilə üzrə dil tədrisi istisna olmaqla 2500 manat ödəməli idik. Bu məbləğin 1500 manatını ödədik. Yerdə qalan min manatını isə sənədlər tam hazırlanandan sonra ödəyəcəkdik. Şirkət həyat yoldaşım və mənə dil kursları üçün əlavə ödəniş tələb etdi. Şirkət bizə bildirdi ki, hər biri 500 manat olan iki paket alsaq bizə xarici dili sənədləşmə işləri başa çatanadək normal səviyyədə öyrədəcək".

Zaur Rzayev "AID Language Center" MMC-yə əlavə 1000 manat ödədiyini deyir:
Qalmaqallı aparıcının rəhbərlik etdiyi şirkət vətəndaşın pulunu qaytarmaq istəmir"Həyat yoldaşım Rzayeva Nübar Rafail qızı və özüm üçün 2024-cü ilin iyun ayının 10-da şirkətə məxsus 5 * 39 nömrəli karta 1000 manat ödəyərək iki paket götürdük. Bizə o zaman bildirildi ki, yay aylarına qədər ingilis dili səviyyəmizi mövcud proqramlarla zənginləşdirəcəklər. Pulu ödəyəndən bir ay sonra kursa başladıq. Kursa başlayandan sonra 3 ay normal formada dərslər keçirildi. Lakin 3 ay tamam olandan sonra bizə ayrılan limitin qurtardığını deyərək əlavə ödəniş tələb etməyə başladılar. Lakin biz də şirkət nümayəndələrinə ödəniş tələbinin doğru olmadığı, əlavə vəsait ödəməyəcəmiyimizi bildirdik. Sonda şirkət nümayəndələrinin bu hərəkətindən bezib müqaviləyə xitam verilməsini, müqavilə üzrə ödədiyimiz 1500 manatın geri qaytarılmasını tələb etdim".

Zaur Rzayev bildirir ki, şirkət nümayəndəsi Emil Nadirlinin onlara müqavilənin ləğv edilməsinin mümkün olmadığı, ödənilən 1500 manatı geri qaytarmayacaqlarını deyib. Bundan sonra dəfələrlə "AID Language Center" MMC-nin rəhbəri Nigar xanımın qəbulunda olmağa dəfələrlə cəhd etsəm də şirkət nümayəndələri imkan verməyib.

Sonra şikayətçi vətəndaş "AID Language Center" MMC-yə ödədiyi 1500 manatın geri qaytarılmayacağı təqdirdə hüquq mühafizə orqanlarına şikayət edəcəklərini bildirir.

Şikayətlə əlaqədar şirkətdən mövqe öyrənmək cəhdlərimiz alınmadı. Belə ki, şirkətin əlaqə nömrələrinə etdiyimiz zənglərə cavabsız qaldı. Həmçinin, şirkətin e-mail adresinə yazdığımız sorğuya hələlik cavab verilməyib.

Qeyd edək ki, "AID Language Center" MMC qalmaqallı aparıcı Nigar Fərhada məxsusdur. O, bir-neçə gün əvvəl efirdə dediyi "oğluma atası olmayan qızı almaram" sözləri tənqidlərə səbəb olmuşdu...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1583   Tarix: 03 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr