"Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi xalqımızın yaddaşına həkk olunub" - DEPUTAT

"Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi xalqımızın yaddaşına həkk olunub" - DEPUTATBu günlərdə 2016-cı ilin aprel ayında ölkəmizin ərazi bütövlüyü uğrunda gedən "Aprel döyüşlərinin" ildönümüdür. Bu dövr həm də xalqımızın yaddaşına böyük zəfərin başlanğıcı kimi həkk olunmuşdur. Aprel döyüşlərində, xüsusilə həm ordunun yüksək rütbəli zabitləri, həm də müxtəlif döyüş mövqelərində xidmət edən əsgərlər iştirak etmişlər.

Bu döyüşlərdə ordumuz tək düşmənin intensiv təxribatlarının qarşısını almadı, hərbçilərimizin igidliyi və Ali Baş Komandanın tapşırıqları və səriştəsi sayəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bir sıra mövqeləri düşməndən azad etdi. Azərbaycan Ordusunun şücaəti qarşısında düşmən öz planlarını reallaşdıra bilmədi. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat orqanları tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Ordusu xeyli irəlilədi. Azərbaycan bayrağı Lələtəpə yüksəkliyində qaldırıldı. Bu hadisə doğma Qarabağın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını göstərdi.

Bu qələbə ordumuzun döyüş qabiliyyətini və hərbi hazırlığını bir daha sübut etdi. Azərbaycan işğal dövründə daim ordunu, hərbi və müdafiə qabiliyyətini gücləndirirdi. Nəticə etibarilə, Aprel döyüşləri Ermənistanın işğalçılıq siyasətinin iflasa uğradığını göstərdi. Döyüşlərdən sonra Azərbaycan diplomatik cəbhədə də üstünlük əldə etdi və beynəlxalq ictimaiyyətin diqqətini Qarabağ münaqişəsinə bir daha yönəltdi.
Azərbaycan öz daxili gücünə, daxili siyasətinə və iqtisadi imkanlarına arxalanaraq 44 günlük Vətən müharibəsində də möhtəşəm Zəfər qazandı. Beynəlxalq hüquq ədalət prinsiplərinə əsaslanmadığı üçün işğala son qoya bilmədi. Azərbaycan bu reallığın ən bariz nümunələrindən biridir. 30 il ərzində beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, real addımlar atılmadı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız üzərində qaldı və işğalın qarşısını almaq üçün heç bir beynəlxalq mexanizm işləmədi. Azərbaycan yalnız öz daxili resurslarına güvənərək ərazi bütövlüyünü bərpa etdi və ədaləti təmin etdi.

Döyüşlərdə iştirak edən Azərbaycanın bir çox igid əsgər və zabiti mərdlik və şücaət nümayiş etdirərək düşmənə qan utdurmuş, düşmənin artileriya və canlı qüvvəsini məhv etmiş, torpaq-vətən uğrunda qanlarını və canlarını fəda edərək şəhid olmuşlar. Hər biri öz vətənini qorumaq uğrunda mübarizə aparan bu şəhidlər Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında müstəsna rol oynamışlar.

Bütün ölkə ərazisində olduğu kimi Bakının Xətai rayonunda da aprel döyüşləri şəhidlərinin əziz xatirəsi hər zaman uca tutulur, onların ailələri daim diqqətdə saxlanılır.

Aprel döyüşlərində təkcə Xətai rayonundan 10 nəfər igidimiz şəhid olmuşdur. Bu şəxslər Ağayev Rusif İbrahim oğlu, Baxışov Seymur Qulamhüseyn oğlu, Əzizzadə Xaliq Həsən oğlu, Həsənov Ziya Niyazi oğlu, Qurbanov Tural Gürşad oğlu, Məmmədov Rasim Əbdül oğlu, Musazadə Təbriz Tariyel oğlu, Niftalıyev Rəşad Şakir oğlu, Novruzov Mirzә Sərvər oğlu və Orucov Müşfiq Arif oğludur.

Onları hər zaman anmaq və xatırlamaq bizim ümdə vəzifəmiz və vicdan borcumuzdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1551   Tarix: 03 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr