KİV: "Bakı Enerji Həftəsi" Azərbaycan və Macarıstanın enerji əməkdaşlığında yeni imkanlar yaradacaq
İyunun 2-4-də Bakıda keçiriləcək 30-cu Yubiley "Bakı Enerji Həftəsi" ("Baku Energy Week") Azərbaycanın enerji diplomatiyasında Macarıstanla əməkdaşlığı gücləndirəcək yeni platformaya çevrilə bilər.
"Report" xəbər verir ki, bu barədə Bolqarıstan KİV-i yazıb.
Bildirilir ki, bu tədbir Azərbaycanın qlobal enerji bazarındakı rolunu bir daha nümayiş etdirməklə yanaşı, rəsmi Bakı və Budapeşt arasında enerji əməkdaşlığının genişlənməsi üçün yeni imkanlar yaradacaq.
Macarıstan "Yaşıl Enerji Dəhlizi" layihəsində fəal iştirak etmək niyyətindədir. Aprelin 4-də keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının toplantısı çərçivəsində Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında enerji ticarətinin inkişafı ilə bağlı razılıq əldə olunub.
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto bildirib ki, bu təşəbbüs ölkəsinin enerji təchizatında Azərbaycanla əməkdaşlığı daha da gücləndirəcək.
Ötən il Azərbaycan, Gürcüstan, Bolqarıstan, Rumıniya və Macarıstan Qara dənizin altından elektrik xəttinin çəkilməsi üçün birgə müəssisə yaradıb. Layihə çərçivəsində Xəzər dənizindəki külək elektrik stansiyalarında istehsal olunan "yaşıl enerji"nin Gürcüstan üzərindən Rumıniya və Macarıstana ötürülməsi planlaşdırılır.
Bundan əlavə, Macarıstan Azərbaycandan qaz idxalını da artırmağa çalışır. Ötən ilin sentyabrında Macarıstanın "MOL" şirkəti (AÇG yatağında üçüncü ən böyük pay sahibi) ilə SOCAR arasında Şamaxı–Qobustan neft-qaz yatağında kəşfiyyat və hasilata dair Anlaşma Memorandumu imzalanıb.
Məqalədə qeyd olunur ki, Budapeşt Bakı ilə enerji əlaqələrini möhkəmləndirməklə enerji təhlükəsizliyini təmin etməyə və qaz idxalını şaxələndirməyə çalışır. Hazırda Azərbaycan qazı Türkiyə üzərindən nəql olunur, son mərhələdə isə 9,5 milyon əhalisi olan Macarıstana qazın çatdırılması "Serbiya–Macarıstan Qaz İnterkonnektoru" vasitəsilə həyata keçirilir.
"Beləliklə, rəsmi Bakı və Budapeşt həm də siyasi əlaqələri gücləndirməkdə davam edəcəklər. Onların Türk Dövlətləri Təşkilatına üzvlüyü bu prosesdə mühüm rol oynaya bilər. Eyni zamanda, onların xüsusilə əczaçılıq sektorunda iqtisadi əlaqələrin inkişafına diqqət yetirəcəkləri gözlənilir. Bununla belə, hələlik enerji onların əməkdaşlığının mərkəzi sütunu olaraq qalacaq", - deyə məqalədə qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 722 Tarix: 05 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrBu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabrÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v
24 sentyabr