"Şok"a düşərək həyatını itirənlər - Son zamanlar bu cür ölüm hallarının artmasının səbəbləri nədir?

"Şok"a düşərək həyatını itirənlər - Son zamanlar bu cür ölüm hallarının artmasının səbəbləri nədir?Cərrahi prosedura məruz qalan hər bir şəxs, hətta yerli keyitmə ilə əməliyyat olunsa belə, müəyyən protokol üzrə müayinələrdən keçməlidir. Xəstə ciddi şəkildə araşdırılmalıdır.

Son vaxtlar mətbuatda "şok"a düşərək həyatını itirən xəstələrlə bağlı xəbərlərə tez-tez rast gəlirik. "Əlindəki ziyilə görə xəstəxanaya gedən qız öldü", "4 yaşlı uşaq inyeksiyadan şoka düşərək öldü", "Qadın antibiotikdən şoka düşdü" kimi xəbərlər insanları narahat edir. Bəs, görəsən, son zamanlar bu cür ölüm hallarının artmasının səbəbləri nədir? Bu, həyat tərzi, xəstəliklərin artması, dərmanların keyfiyyətsizliyi, həkim səhlənkarlığı ilə bağlıdır, yoxsa sadəcə təsadüfdür?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Xəstə əməliyyatdan öncə ciddi şəkildə araşdırılmalıdır"

Professor Adil Qeybulla deyir ki, hər bir ölümün səbəbi dərindən araşdırılmalıdır. Cərrahi prosedura məruz qalan hər bir şəxs, hətta yerli keyitmə ilə əməliyyat olunsa belə, müəyyən protokol üzrə müayinələrdən keçməlidir: "Xəstə ciddi şəkildə araşdırılmalıdır. Xəstənin allergiyası, ailəvi hər hansı xəstəliyi varmı? Yanaşı xəstəlikləri, dərmanlara reaksiyası ciddi şəkildə yoxlanılmalıdır. Ondan sonra xəstəyə cərrahi müdaxilə etmək lazımdır".

Keyfiyyətsiz dərmanlar, həkim məsuliyyətsizliyi...

Mütəxəssis bildirir ki, xəstə dərmanların keyfiyyətsizliyindən də şoka girə bilər, həkim məsuliyyətsizliyindən də: "Ümumiyyətlə, xəstəxana şəraitində xəstənin dünyasını dəyişməsi tibb işçilərinin səhvi ucbatından da ola bilər. İstər xəstəxanada, istərsə də ev şəraitində dünyasını dəyişən adam mütləq araşdırılmalı, ölüm səbəbi bilinməlidir. Ölüm səbəbini bilmədən həkimi günahlandırmaq düzgün deyil. Tibb işçiləri pasiyentlərin allergik tarixçəsini diqqətlə öyrənməli və tibbi müdaxilələrdə daha diqqətli olmalıdırlar".

Allergik reaksiyaların və xəstəliklərin artması

Sosial sahə üzrə ekspert İlqar Hüseynli deyir ki, müasir dövrdə insanların immun sistemi müxtəlif səbəblərdən zəifləyib. Sürətli şəhər həyatı, stres, düzgün olmayan qidalanma və ekoloji çirklənmə allergiya hallarının artmasına gətirib çıxarır. Statistikaya görə, son illərdə qida və dərman allergiyalarına qarşı həssaslıq xeyli yüksəlib. Bəzi insanlarda müəyyən dərman maddələri, xüsusilə antibiotiklər və ağrıkəsicilər ağır anafilaktik şok yarada bilər: "Dərman preparatına qarşı allergiya iti sürətli ölümə gətirib çıxara bilər. Hətta bu, o qədər sürətli olur ki, xəstəni təcili tibbi yardıma çatdırmaq belə mümkünsüzləşir. Əvvəlki illərdə də anafilaktik şok nəticəsində həyatını itirənlər olurdu. Sadəcə, son vaxtlar mətbuatda tez-tez yazıldığı üçün bizə elə gəlir ki, belə hadisələrin sayı artıb".

Anafilaktik şok nədir?

Anafilaktik şok, çox güclü və həyati təhlükə yaradan allergik reaksiyadır. Bədən müəyyən bir allergenlə (məsələn, qida, dərman, böcək sancması və ya lateks) təmasda olduqda immun sisteminin həddindən artıq reaksiya göstərməsi nəticəsində yaranır. Bu, qida qəbulu, dərmanlar, həşərat dişləmələri, inyeksiya, tənəffüs yolları və ya dəri təması ilə bədənə daxil ola bilər. Allergik vasitə bədənə daxil olduqdan sonra reaksiya saniyələr ərzində və ya ən geci iki saatdan sonra başlaya bilər. Bədənə daxil olan bu vasitəni məhv etmək üçün orqanizmin bütün müdafiə hüceyrələri birdən-birə həddindən artıq aktivləşir və qana çoxlu miqdarda kimyəvi maddələr ifraz olunur. Hər bir orqan bu vəziyyətdən təsirlənir. İfraz edilən kimyəvi maddələrin miqdarından və immun sisteminin reaksiya dərəcəsindən asılı olaraq, müxtəlif simptomlar baş verə bilər. Üzün qızarması, tərləmə və ürək döyüntüsü, tənəffüs çətinliyi, aşağı qan təzyiqi, başgicəllənmə, qulaqlarda cingilti, ürək döyüntüsü, gözlərdə sulanma, asqırma, öskürək, qarın ağrısı və qusma kimi yalnız çox yüngül simptomlar əlavə edilə bilər. Bu simptomların bir çoxu eyni anda şiddətli olarsa, allergik şok adlanan ən ağır vəziyyət yaranır.

Antibiotiklər ən riskli dərman qrupudur

İ.Hüseynli deyir ki, xroniki xəstəliklərin çoxalması insan orqanizmini daha da həssas edir. Qan dövranı problemləri, şəkərli diabet, autoimmun xəstəliklər və ürək-damar sistemi pozğunluqları olan insanlarda orqanizmin stresə və dərmanlara reaksiyası daha kəskin olur: "Ötən həftə uşağın ölümü ilə bağlı Xırdalanda baş verən hadisədə məlum olub ki, evdə uşağa antibiotik tətbiq olunub. Antibiotiklər insan orqanizmində allergik reaksiyalara səbəb ola biləcək ən riskli dərman qrupudur. Dərman tətbiq olunmazdan əvvəl mütləq "prob" qoyulur, xəstənin dərmana reaksiyası, allergiyası olub-olmaması yoxlanılır. Bəzən həkim ev şəraitində müəyyən müalicə tətbiq edir. O zaman müxtəlif preparatlar - antibiotiklər təyin olunur, tibb bacısı heç bir "prob" qoymadan dərhal inyeksiya edir. Bu, artıq həkim və tibb bacısının səhlənkarlığı nəticəsində baş verən ölüm hadisəsidir".

İnsanlar maarifləndirilməlidirlər

Dərmanların keyfiyyətsizliyi səbəbindən yaranan problemlərə gəldikdə isə, İ.Hüseynli deyir ki, standartlara uyğun istehsal olunmayan dərmanlar bəzən gözlənilməz reaksiyalara səbəb olurlar: "Tərkibində təsiredici maddələr qeyri-adekvat olan və ya standartlara uyğun istehsal olunmayan dərmanlar bəzən gözlənilməz reaksiyalara səbəb olurlar. Dərmanlara nəzarət gücləndirilməlidir. İnsanlar allergik reaksiyaların təhlükəsi barədə məlumatlandırılmalı, təcili yardım prosedurları öyrədilməlidir. Bəzi hallarda həkimlər və tibb işçiləri pasiyentin allergik tarixçəsini tam araşdırmadan ona müəyyən preparatlar təyin edirlər. Xüsusilə, təcili tibbi müdaxilə zamanı pasiyentin dərmanlara qarşı həssaslığının araşdırılmaması faciəvi nəticələrə gətirib çıxara bilər. Kompleks yanaşanda ölümə səbəb olan faktor anafilaktik şok və buna qarşı dərhal tibbi yardım göstərilməməsi səbəbindən baş verir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 793   Tarix: 05 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu şəxslər 300 manatdan çox müavinət ala bilər

Himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda onlara müavinət verilir. -ın məlumatına görə, himayədar ailəyə verilmi

22 mart
.

Ədviyyatın qurdlamaması üçün nə etməli?

Mətbəxlərin gizli qəhrəmanları olan ədviyyat üçün düzgün saxlama şəraiti həm ətirini itirməməsi, həm də qurdlamaması üçün böyük əhəmiyyət kəsb edir. xəbər verir ki, nəmli və isti mətbəx mühitlərində sürətlə çoxala bilən mətbəx güvələri və qurdlar, ən keyfiyyətli ədviyyatı belə qısa müddətdə istifadəy

25 mart
.

Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib

25 mart
.

Sosial şəbəkədə yayılan görüntülər gündəmi alt-üst etdi: "Novruzda qadın kimi geyinmək adəti yoxdur!" - VİDEO

Azərbaycanın ən qədim bayramlarından biri Novruz bayramıdır. Bu bayramın özünəməxsus adət-ənənələri var. Xalqımız bu adətləri hər il sevə-sevə yerinə yetirir. Keçəl, Kosa və Bahar qızı bu bayramın ayrılmaz hissəsidir. Baku TV-nin məlumatına görə, son illər bəzi fərqli Novruz ənənələrinə uyğun olmaya

23 mart
.

Polkovnik-leytenant haqda - Yeni qərar

Siqaret qaçaqmalçılığında ittiham olunan polkovnik-leytenant Zaur Gülməmmədovun həbsdə saxlanılma müddəti uzadılıb. "Qafqazinfo"nun məlumatına görə, məhkəmə prokurorun təqdimatı əsasında belə qərar qəbul edib. Z.Gülməmmədovun həbs müddəti daha 3 ay artırılıb. Qeyd edək ki, polkovnik-leytenan

23 mart
.

Bakının mərkəzində yeni təmir olunan yol ÇÖKDÜ

Paytaxtın Cəlil Məmmədquluzadə küçəsi ilə Nəsib bəy Yusifbəyli küçəsinin kəsişməsində yolda çökmə baş verib. -ın əldə etdiyi məlumata görə, avtomobillərin intensiv hərəkət etdiyi ərazidə mövcud vəziyyət təhlükə yaradır. Yolun çökmüş hissəsində su axıntısının olduğu müşahidə edilir. Qeyd edək ki, yolu

26 mart
.

Azərbaycanda toyda bu adət DƏYİŞDİ - VİDEO

Sosial şəbəkələrdə yayılan maraqlı bir toy görüntüsü qısa zamanda gündəm olub. xəbər verir ki, videoda ənənəvi olaraq gəlinin gül atması mərasiminə fərqli yanaşma sərgilənib və bu, izləyicilərin diqqətindən yayınmayıb. Belə ki, adətə uyğun olaraq gəlin gülü subay qızlara atmaq əvəzinə, bu dəfə suba

24 mart
.

Bakıda 7,3 milyona mənzil satışa çıxarıldı

Hazırda elan saytlarında təklif olunan ən bahalı mənzil paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşir. Sözügedən əmlak nə az nə çox, 7 milyon 300 min manata satışa çıxarılıb. xəbər verir ki, mənzilin ümumi sahəsi 187 kvadratmetr, otaq sayı isə 4-dür. 18 mərtəbəli binanın 4-cü mərtəbəsind

25 mart
.

Bu şəxslər ÖMÜRLÜK PENSİYA ALACAQ

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliliyə görə əmək pensiyasının müddətsiz təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Unikal" xəbər verir ki, işin hallarına görə, iddiaçı 2017-c

22 mart