"Ona qarşı ayrı hissim var..." - Kamil Zeynallı - VİDEO
Tanınmış idmançı Kamil Zeynallı "Günə bax" verilişinin qonağı olub.
Milli.Az xəbər verir ki, fitnes məşqçisi efirdə maraqlı açıqlamalar verib.
Necə ata olması barədə aparıcının suallarını cavablandıran Zeynallı düşüncələrini bu sözlərlə ifadə edib:
"Qızımın yaddaşında yaxşı ata kimi qalmağa çalışıram. Mən qızıma çox bağlıyam, övladımın fanatıyam. Bir neçə il öncə İstanbulda idim. Qızımın bağçadan çıxma vaxtı idi. Zəng etdim ona, dedi ki, səni gözləyirəm, gözlərim doldu. Ona qarşı ayrı hissim var. Çox ayrı qala bilmirəm. Gözümü açandan ata görməmişəm deyə, o sevginin nə olduğunu bilmirəm. Bunu özümdə cəmləyib, hamısını övladıma həsr etmişəm. Uşağın hər ayının, ilinin öz gözəlliyi var. O zamanlar bir də geri qayıtmaycaq. Ona görə o illərin dadını çıxarmaq lazımdır. Çalışdığım qədər qızımın yaddaşında yaxşı ata kimi qalmaq istəyirəm. Xatırlasın ki, müxtəlif yaşlarımda atamla hara getmişdim. İmkanım yetdiyim qədər övladımla gözəl vaxt keçirmək istəyirəm. Hamı istəyər ki, uşağı üçün hər şeyin yaxşısını etsin. Kasıb ata da övladına aşağı qiymətli hədiyyə gətirə bilər. Əsas odur ki, onları sevindirə bilək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
Xalq artisti Alim Qasımov və müğənni Üzeyir Mehdizadə ötən gün yeni duet təqdim ediblər. Mahnı yayımlandıqdan sonra sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirilib və duet tənqid olunub. xəbər verir ki, tənqidlərə cavab olaraq Alim Qasımov News.24-ə açıqlamasında mahnının zövq və əhvali-ruhiyyədə
20 sentyabrEvində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...
Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ
6 sentyabrRöyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO
Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib
19 sentyabr9 illik evlilikləri bitir
Türkiyəli müğənni Niran Ünsal həyat yoldaşı, keçmiş jurnalist İbrahim Gugunla boşanır. Axşam.az xəbər verir ki, cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirmək üçün məhkəməyə müraciət edib. İfaçı bu barədə paylaşım edərək İbrahimlə yollarını qarşılıqlı anlaşma və dost şəklində ayırdıqlarını açıqlayıb
13 sentyabr"Yanında ola bilməsəm də, ürəyim həmişə səninlədir"
Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa övladının fotosunu yayımlayaraq bunları yazıb:. "Canım qızım, dünən konsertdə yanında ola bilmədim. Uzaqda olsaq da, ürəyim həmişə səninlədir. Həmçinin Almaniya mətbuatında yer almağı
13 sentyabrRusiyada uşaqlara Burak adını verirlər
Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula
19 sentyabr