Evində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...
Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb.
Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağa çağırıb.
Uzun bildirib ki, hazırda aktyorun ölüm səbəbi məlum deyil və fərziyyələrin gerçək kimi təqdim edilməsi etik baxımdan yolverilməzdir:
"İnformasiya çirkliliyi yaratmamaq və mərhumun xatirəsinə hörmətsizlik etməmək lazımdır".
Şoray Uzun Serhat Kılıçın vəfatından dərin kədər hissi keçirdiyini bildirib. O, mərhum aktyoru belə xarakterizə edib:
"Çox istedadlı, çoxşaxəli və çox yaxşı bir aktyoru, çox yaxşı bir insanı, dostumuzu itirdik. Sözün bitdiyi yerdəyik".
Uzun Serhat Kılıçla təxminən iki ildir görüşmədiyini də qeyd edib. O, bu hadisənin həyatın nə qədər qısa və ölümün nə qədər qəfil olduğunu bir daha xatırlatdığını vurğulayaraq insanlara duyğusal çağırış edib:
"Həmişə belə olur: "Sabah görüşərik, zəng edərəm" deyirsiniz. Halbuki həyat həqiqətən qısadır, ölüm çox qəfildir. Sevdiyiniz kim varsa, təxirə salmadan zəng edin, görüşün".
Xatırladaq ki, aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonunda yerləşən evində ölü tapılıb. Cümə axşamından etibarən Kılıçdan xəbər ala bilməyən sevgilisi Özlem Esmergül onun evinə gedib. Qapını döysə də, cavab ala bilməyən Esmergül yanında olan açarla mənzilə daxil olub və Kılıçı qonaq otağındakı kresloda hərəkətsiz vəziyyətdə görüb. Onun nəfəs almadığını və bədəninin soyuq olduğunu müəyyən edən Özlem Esmergül təcili yardım xidmətinə zəng edib. Hadisə yerinə polis və tibbi yardım briqadaları göndərilib. Tibbi heyətin apardığı ilkin müayinə zamanı Serhat Kılıçın vəfat etdiyi müəyyənləşdirilib.
Aktyorun ölümünün dəqiq səbəbi ekspertizanın nəticəsindən sonra məlum olacaq.
Qeyd edək ki, Serhat Kılıçın Ankarada dəfn ediləcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oğlu buna görə Fatimə ilə yaşamır
Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı
10 oktyabrKubilayla Hafsanur ayrıldı
Türkiyəli məşhur cütlük Kubilay Aka və Hafsanur Sancaktutan ayrılıb. Axşam.az xəbər verir ki, aktyorların ikiillik münasibətlərinə səssiz şəkildə son qoyduğu məlum olub. Cütlük Tarsusda çəkilən serialın ilk bölümlərində davam edən münasibətlərini qarşılıqlı razılaşma əsasında bitirib. Kubilay və Hafsanu
2 oktyabrMustafa Sandalın həyat yoldaşı ilə bağlı milyardlıq iddia
Türkiyəli müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurupun fonddan əldə etdiyi qazancın 15 milyard 793 milyon lirəyə çatdığı iddia edilib. Axşam.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı kapital bazarı fondları ilə bağlı araşdırmada Sütşurupun maliyyə əməliyyatları il
3 oktyabr"Kadir" "Eşref"i tək qoymayacaq
Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq
4 oktyabr"Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun
24 oktyabrTolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
11 oktyabr