Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"
Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır.
Sənətçi Qaynarinfo-ya açıqlamasında bildirib ki, yaşlı insanların sənətdən getməsini deyil, özlərini idarə edə bilməyənlərin səhnədən çəkilməsini nəzərdə tutur:
"Sənətkarın başı yerində olmalıdır. Demədim ki, yaşlı insanlar sənətdən getsin. Dedim ki, başı yerində olsun. Sənət var, baş gedib. Danışığı, davranışı, geyimi o deyil. Yaşına görə geyinmir, danışmır. Bu da başla əlaqədardır. Baş gedirsə, səhnədən çəkilməlisən".
Nadir Qafarzadə cəmiyyətdə təhsil, savad və dünyagörüşünün çatışmadığını iddia edib. O, bəzi insanların dünya haqqında təsəvvürlərinin məhdud olduğunu, sosial şəbəkələrdə isə düşünülməmiş fikirlərin və yersiz mübahisələrin üstünlük təşkil etdiyini söyləyib:
"Mən heç kəsi başa salmaq məcburiyyətində deyiləm. Bu saat ölkənin 70 faizinin başı gedib. Təhsil, savad, dünyagörüş yoxdur. Onlar üçün dünya ya Biləcəriyə, ya da SEDEKA-ya kimidir. Onlar anlamır ki, dünya bu gün SEDEKA-dan sonra başlayır. Dünya çox böyükdür. Dünyagörüşü olmayan və dünyanın bir ölkəsində belə olmayan, sərhədi keçməyənlər bunu anlamayacaqlar. Mən kimisə başa salmaq üçün özüm başsız qala bilərəm, yaxud da dəli olaram. Ona görə də nə qədər istəyirlər, danışsınlar. Boş-boşuna adamlardır. Oturublar sosial şəbəkələrdə danışırlar. Ölkədə, eyni zamanda, insanların başında boşluq var. Gör nə gündədir bizim sosial şəbəkələrimiz. Anadan-atadan küsən, anasının döşünü kəsən, atasından bixəbər, zinadan doğulanlar çoxdur. Onlar çoxdur, biz onlarla bacara bilmərik. Gücümüz də çatmır. Biz normal insanlar onlara tabe olmağa məcburuq. Onlar çoxdur deyə, biz onların olmayan ağılı ilə hərəkət etməyə məcburuq".
Sənətçi savadlı, mədəni və geniş dünyagörüşünə malik insanların azlığından danışarkən bu vəziyyəti brend geyimlərin istehsalı ilə müqayisə edib:
"Necə ki, brend geyimlərin sayı az olur. Hamı geyinməsin deyə, onları çox buraxmırlar. Keyfiyyətli geyim həmişə az olub. Keyfiyyətsizlər yabanı ot kimidir, nəsil çoxaldırlar. Əslində, onların nəsli kəsilməlidir. Onlara deyirəm ki, bu nəsli artırmayın. Əvvəllər nəsil artırmamaq üçün tibbi ləvazimatlar yox idi. Ona görə qadınlar dünyaya uşaq gətirməyə məcbur idi. Amma dünya, tibb inkişaf edib, müəyyən şeylər var ki, onlardan istifadə etmək lazımdır".
Nadir Qafarzadə insanı keyfiyyətlərinin zəif olduğunu düşündüyü şəxslərə də çağırış edib. O, belə insanların övlad sahibi olmasını cəmiyyət üçün zərərli hesab etdiyini bildirib:
"Əgər bir insanın insani keyfiyyətləri azdırsa, o, nəsil artırmasın. Bu, cəmiyyətə və eyni zamanda, ölkəyə ziyandır. Allah rəhmət eləsin. Belə söz var: diridirlər, amma ölmüş kimidirlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Müğənnilikdən əvvəl qabyuyan, fəhlə, satıcı işləyən MƏŞHURLAR - FOTO
Bu gün tanınmış şou-biznes nümayəndələri vaxtilə başqa peşə ilə məşğul olublar. Onlar arasında qabyuyan, tibb bacısı, idmançı, satıcı, fəhlə, mühafizəçi kimi çalışanlar da var. xəbər verir ki, "Mtv" kanalı bu haqda araşdırma apararaq tanınmışların keçmiş sənətini öyrənib. Vaxt var idi, onla
8 sentyabr 2021Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO
Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar
14 sentyabr 2021Röya Ayxanın oğlu əməliyyat olundu
Xalq artisti Röya Ayxanın oğlu əməliyyat olunub. xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına açıqlamasında bildirib. Xalq artisti yeganə övladı Hüseynin xəstəxanaya yerləşdirildiyini və əməliyyat olunduğunu qeyd edib:. "Oğlum otağından zəng vurub dedi ki, "Ana, mənim çox pis ağrıları
13 sentyabr 2021Bu Əməkdar artisti TANIDINIZ? - 37 il əvvəl...
Əməkdar artist Sevda Ələkbərzadə sosial şəbəkədə uşaqlıq fotosunu paylaşıb. -ın məlumatına görə, müğənni paylaşımına "Birinci sinifə gedəcəkdim deyə anam uzun saçlarımı bu formada kəsdirdi. 1994-cü il", - şərhini qeyd edib. İfaçının 37 il öncə çəkilmiş şəkli maraqla qarşılanıb
2 sentyabr 2021Afaq Gəncəli ATV-dən getdi
Aparıcı Afaq Gəncəli ATV telekanalından ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, bu gün ərizəsini yazaraq işdən çıxıb. Kanalla dostcasına ayrılan A.Gəncəli daha fərqli layihə ilə tamaşaçı qarşısına çıxacaq. Hazırda onun hansı kanalda çalışacağı bəlli deyil. Qeyd edək ki, sabah Afaq Gəncəlini
6 sentyabr 2021Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun
15 sentyabr 2021"Guya Rəmişin nəyi var idi ki..." - Xanımı sirləri açdı
Rəmişsiz mənim günüm necə keçə bilər? Rəmişsiz Gülü ola bilərmi? O mənim başımın tacı idi, nəfəsim idi. xəbər verir ki, bu sözləri -a Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü (Gülşən Hüseynova) deyib. Mərhum gitara ifaçısının vəfatından sonra onu kimsə yada salıbmı?. Xanımı Mədəniyyə
8 sentyabr 2021Onlar artıq bu kanalda olacaq
"Space" telekanalı bu mövsüm bir çox yeniliklər etməyi planlaşdırır. Axşam.az-a istinadən xəbər verir ki, bir çox yeni simalarla anlaşan kanal əvvəlki əməkdaşları ilə sağollaşıb. ATV-nin simaları olan İlkin Həsəni, Nicat Rəhimov və İlkin Misgərli bundan sonra "Space"də çalışacaq
7 sentyabr 2021Türkiyəli məşhur aktrisa vəfat etdi
Türkiyəli məşhur aktrisa İncilay Şahin vəfat edib. Bu barədə "Oyunçular Birliyi"nin "Twitter" hesabında məlumat verilib. 60 yaşlı sənətçi "Çiçek taksi", "Hayat Bilgisi", "Yasak elma" kimi reytinqli seriallarda rol alıb
7 sentyabr 2021