Sertifikat köhnə, mebellər zay – Embavudda nələr olur?

Sertifikat köhnə, mebellər zay – Embavudda nələr olur?Müştəri məmnuniyyətini pozması, qüsurlu mal satması ilə bağlı tez-tez gündəm olan Embavud(Embawood) MMC artıq bir müddətdir istehlak bazarına nəzarət edən qurumların da diqqət mərkəzindədir. İlin əvvəlində istehsalat sahəsindən atmosferə tüstünün yayılması ilə bağlı məsuliyyətə cəlb edilərək, cərimələnən şirkət barəsində mart ayında növbəti protokol tərtib edildi. Embavud bu dəfə də qüsurlu mal satmaqda və xarab malı geri qaytarmamaqda günahlandırıldı. Şirkətin fəaliyyətindəki qüsurlar təkcə atmosferi çirkləndirib, qüsurlu mal satmaqla bitmir.

Bundan əvvəl idarəçilik qaydalarını pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin 597.0.1-ci maddəsi ilə (Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında qanunvericiliyin pozulması) protokol tərtib olunaraq məhkəməyə verilmişdi. Dövlət Gömrük Komitəsi isə İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən Embavud MMC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib etmişdi. Protokola Sumqayıt Şəhər Məhkəməsində baxılmışdı. Beləliklə, ölkədəki mebel bazarının 70 faizinə nəzarət edən şirkətin istər ixrac-idxal qaydalarını pozması, istərsə də qüsurlu mal satması dəfələrlə ictimailəşdirilib, hətta cəzalar tətbiq edilib. Lakin görünən odur ki, cəzalar "Embavud" MMC-nin fəaliyyətində müsbətə doğru dəyişiklik yaratmayıb.

Bu gün şikayətlərin böyük hissəsi qüsurlu mal kateqoriyasına aiddir. Sifarişlə mebel hazırlanarkən istehlakçılarla müqavilələrin bağlanması, malların çatdırılması və quraşdırıldıqdan sonra təhvil-təslim aktının tərtibi, sifarişlərin müqavilədə nəzərdə tutulan vaxtda və formada tam icra edilməsi müştərilərə vəd edilən səviyyədə deyil. Bir çox halda isə ünvana çatdırılan mebellərin keyfiyyəti reklam olunduğu, hətta vitrindəkindən qat-qat aşağı, materialları fərqli olur.

Vaxtı keçmiş sertifikatlar

Embavud MMC-nin məhsulları illər əvvəl malik olduğu keyfiyyəti itirib. Bu gün 2004-cü ildə şirkətə verilən İSO 9001:2000 Beynəlxalq "Keyfiyyətin İdarə Edilməsi Sistemi" üzrə sertifikata yenidən baxılmasına ehtiyac yaranıb. Yeri gəlmişkən, həmin sertifikatın etibarlılıq müddəti 3 ildir. Embavud həmin vaxtdan sonra yenidən sertifikatlaşdırma auditi keçirməyib. MMC-nin 2015-ci ildə aldığı İSO 14001 ..2004 Beynəlxalq "Keyfiyyətin İdarə Edilməsi Sistemi" üzrə sertifikatın da müddəti (3 illikdir) başa çatıb. Onu da qeyd edək ki, bu sertifikat təşkilatların ətraf mühitə təsirlərini idarə etməsi, azaltması və hüquqi tələblərə uyğun işləməsi üçün bir çərçivə təqdim edir. Görünür, elə bu sertifikatının yararlıq müddəti keçdiyi üçün cari ilin əvvəlində şirkət istehsalat sahəsindən tüstünü atmosferə rahat yayıb. Başqa tərəfdən İSO 14001 ..2004 nömrəli sertifikat artıq yoxdur, yəni etibarsızdır. Bu versiya 2015-ci ildə yenilənib və ISO 14001:2015 versiyası ilə əvəz olunub. ISO 14001:2004 üzrə verilmiş bütün sertifikatlar isə 2018-ci ilin sentyabrına qədər keçərli hesab edilib.

Saxta brendlər

Bu gün Embavud MMC ölkədə ümumilikdə 140-a yaxın mağazası ilə "Madeyra", "Embakitçen" (Embakitchen) brendləri adı altında fəaliyyət göstərir. Əslində MMC bu adlarla mebel sənayesində yeni ixtiralar etməyib. Məsələn, "Madeyra" – şirkət rəhbərliyinin portuqalca "ağac" sözünün səsləndirilməsindən ilhamlanaraq yaratdığı bu "brend" əslində MMC-nin köhnə kolleksiyasını və ən ucuz xammaldan hazırlanan məhsulları özündə birləşdirir. Yəni adının əksinə olaraq, "Madeyra"nın mebellərinin istehsalında istifadə edilən xammalın ağacla əlaqəsi yoxdur.

"Embakitçen" mebellərinin istehsalı isə "Embavud" şirkətinə məxsus 3 fabrikdə həyata keçirilir. İddia edilir ki, istehsalda Avtsriyanın beynəlxalq "Blum" şirkətindən və Türkiyənin "Samet" firmasından alınan keyfiyyətli materiallardan istifadə edilir. Halbuki beynəlxalq rəqabət qabiliyyətli mebel istehsal etmək üçün əsas şərt təkcə xammal yox, muasir texnoloji avadanlığın mövcudluğu və düzgün marketinq strategiyasıdır. Başqa tərəfdən mətbəx mebelleri şirkət tərəfdən sifariş götürülür. Bu zaman müştəriyə MDF təklif edilir. Mebelin iç hissəsi laminat, üz hissəsi MDF membran və MDF akril olur. Yəni ölkədə fəaliyyət göstərən istehsal sexlərindəkı xammaldan fərqlənmir.

Müştəri şikayətləri

"Müştəriyəm, şikayətim var" sosial qrupunda Embavud məhsullarının keyfiyətinə görə ən çox tənqid edilən, şikayət yazılan şirkətdir. Məsələn, Şahin Əlizadə adlı müştəri paylaşımında bildirib ki, martda "Embavud" şirkətindən nağd ödəniş edərək məhsul alıb. Məhsul ünvana işlənmiş, tozlu və qüsurlu formada göndərilib. Müştəri malı geri qaytarmağa qərar verib. Bu zaman şirkət 30 manat cərimə tətbiq edib.

Günel Quliyeva adlı müştəri isə paylaşımında qeyd edib ki, 30.12.2021 tarixində bu sirkətdən açılan masa alıb. Masanı istifadə etmək uçun açanda materialın keyfiyyətsiz oldugunu görüb. 10 gün ərzində stolun üzü qabıq qoyub. İstehlakçı 10.01.2022 tarixində şirkətə yaxınlaşıb məhsulun vəziyyəti ilə bağlı məlumat verib və geri qaytarılmasını tələb edib. Lakin şirkət bununla razılaşmayıb.

Embavud rəqəmlərdə

Son iki ildə Embavudun məhsullarının qiyməti azı iki dəfə bahalaşıb. Paralel olaraq da şirkətin borcu artıb. 2023-cü ilin audit hesabatına əsasən dövrün sonuna şirkətin uzunmüddətli debitor borcu 14 milyon 623 min manat olub. Pul vəsaitləri isə ilin əvvəlindəki 1 milyon 222 min manatdan 351 min manata düşüb. Uzunmüddətli faiz xərcləri yaradan öhdəlikləri 16 milyon 837 min manat olub. Beləliklə, şirkətin uzunmüddətli öhdəlikləri 2023-cü ilin əvvəlindəki 67 milyon 754 min manatdan 75 milyon 956 min manata yüksəlib. Bundan əlavə əməliyyat gəlirləri 2022-ci ilin sonundakı 61 milyon 856 min manatdan 59 milyon 726 min manata düşüb. Əməliyyat mənfəəti 542 min 494 manat təşkil edir. Halbuki 2023-cü ilin əvvəlində bu rəqəm 624 min 226 manat idi.

Hesabat dövründə xalis məfəəti 65 min manat azalaraq 433 min manat təşkil edib. Maraqlıdır ki, audit hesabatında şirkətin satışları, Tiflisdə, Qazaxıstanda açdığı fabriklərin maliyyə göstəriciləri ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, 1996-cı ildə fəaliyyətə başlayan Embavud ilk fabrikini Masallıda qurub. 2000-ci il Xırdalanda ikinci fabrikini açıb. 2002-ci il Embavud brendi bazara çıxarılıb. 2005-ci ildə regional anbarlar qurulub. 2006-cı il – Tiflisdə, 2010-cu il Ukraynanın qərbində - Samborda, 2014-ci il Qazaxıstanda mebel fabrikləri açılıb. Özbəkistanda, Tacikistanda mağazaları var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1018   Tarix: 09 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?

Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs

22 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr