"Bakı Təşəbbüs Qrupunun humanist və demokratik dəyərlərə əsaslanan fəaliyyəti təqdirəlayiqdir" - AÇIQLAMA
"Bakı Təşəbbüs Qrupunun Fransanın neokolonializm siyasətinə qarşı apardığı qətiyyətli mübarizə Emanuel Makron administrasiyasını ciddi şəkildə narahat edir" - bunu Sonxeber.az -a açıqlama verən deputat Günay Ağamalı deyib:
"Fransanın dənizaşırı ərazilər üzrə naziri Manuel Valsın Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyanın institusional gələcəyi ilə bağlı danışıqlarda vasitəçi olmağı təklifinə qarşı çıxması bunun bariz nümunəsidir.
XX əsrin rəsmi dekolinizasiya prosesinə baxmayaraq Yelisey Sarayı müasir reallıqlara uyğun olaraq imperialist mexanizmlərini həyata keçirir. Onlar siyasi, iqtisadi və institusional təsir riçaqlarından istifadə edərək əsarətdə saxladıqları xalqların resursları, bazarları, siyasi quruluşları və mədəni inkişafları üzərində nəzarəti qoruyub saxlayırlar. Bu isə həmin xalqların milli kimliyində, inkişafında və formalaşmasında dərin çatlar yaradır. Mövcud problemləri göz önünə gətirdikdə Bakı Təşəbbüs Qrupunun humanist və demokratik dəyərlərə əsaslanan fəaliyyəti təqdirəlayiqdir.
Rəsmi Paris qrumun Yeni Kaledoniya, Poloneziya kimi dənizaşırı ərazilərdə insanların həyat səviyyəsini işıqlandırmasından, onların müstəqillik ideyalarını dəstəkləməsindən olduqca tədirgindir. Çünki bu onların əsrlərdir davam edən müstəmləkəçilik ənənələrinin süqutu deməkdir. Məhz bu səbəbdən fransız rəsmiləri əsassız iddialarla Bakı Təşəbbüs Qrupunu və ölkəmizi hədəfə alırlar. Onların qərəzli ritorikası məhvə məhkumdur"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1514 Tarix: 09 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabr20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrAntiterror tədbirlərində DİN-in döyüş yolu - Video
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələsi oldu. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN
19 sentyabr